Zaqafqaziya ilişgəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zaqafqaziya ilişgəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Zaqafqaziya ilişgəni
Beynəlxalq elmi adı
  • Cobitis satunini[1]

Zaqafqaziya ilişgəni (lat. Cobitis satunini) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü.

Yayılması

Adi ilişgən Şərqi Avropa, Sibir, Primorye, Saxalinin çaylarında, Amur hövzəsində yayılmışdır. Zaqafqaziyada bir yarımnöv-Zaqafqaziya ilişgəni yaşayır. O, həmçinin Azərbaycanda Kürün aşağı hissələrində, Alazan, Qarqar, Əkərə, Göndələn, Lənkəran, Astara çaylarında yayılmışdır.

Morfoloji əlamətləri

Burnu kəsikdir. Alt dodağı ikipərlidir və hər pər iki hissəyə bölünmüşdür. Rəngi açıq sarıdır. Bədənin yuxarı hissəsində bəzən bütöv zolaq əmələ gətirən, nadir hallarda isə olmayan 9-16, böyürlərində isə 10-19 qonur xal olur. Bu cür xallar quyruq (5-8 sıra) və bel üzgəclərində də olur, qalan üzgəclərdə isə olmur. Bel və qarın üzgəcləri geridə yerləşir. Rostrumu kəsikdir. Uzunluğu 107 mm-ə qədər, çəkisi 8,5 q-a qədər olur.

Yaşayış yeri və həyat tərzi

Dayaz yerlərə, yavaş axan və durğun sulara üstünlük verən əsasən şirinsu balığıdır. Soyuqbulaq çayında ilişgənə çayın dibindəki daşların arasında və lilin içərisində təsadüf edilmişddir. Zaqafqaziya ilişgəninin böyüməsi və yaşı öyrənilməmişdir.

Çoxalması

Şilyan gölündə cinsi yetkinliyə 45 mm uzunluqda çatır. Soyuqbulaq çayında yetkin dişilərin uzunluğu 61-94 mm, erkəklərinki isə 55-68 mm arasında dəyişir. Müxtəlif su hövzələrində kürütökmə müxtəlif vaxtlarda başlayır. Soyuqbulaq çayında mayın ikinci ongünlüyündən, Şilyan gölündə isə iyunun ikinci yarısından. Kürülər iri və xırda olurlar. Hissə ilə yetişir. Kürünün inkişafı, inkubasiya dövrü hələ öyrənilməmişdir.

Təsərrüfat əhəmiyyəti

Təsərrüfat əhəmiyyəti yoxdur.

İstinadlar

Həmçinin bax