Çöprələr (lat. Cobitidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Çöprələr | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Çöprələr |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəni (uz. 15–18 sm) xırda, yaxşı görünən pulcuqlarla örtülüdür; rəngi sarıdan qonurum tul-qəhvəyiyədək, xırda tünd ləkəli və ya zolaqlıdır. Ağzının kənarlarında 1012 bığcığı var. Dibdə yaşayır, müxtəlif onurğasızlar, bəzən dib bitkiləri ilə qidalanırlar. Çöprələr cinsinə bir neçə növ aid edilir. Adi çöprə (M. fossilis) Fransadan (Luara çayı) Uraladək yayılmışdır. Uzunluğu 35 sm-ə, kütləsi 140 q-a çatır; 7 ilədək yaşayır. Üst çənə təkcə çənəarası sümüklərindən təşkil olunmuşdur. Bədəni uzunsovdur, yanlardan basıq və ya silindr şəklindədir. Üzəri çox xırda pulcuqlarla örtülüdür, bəzən pulcuqlar dərinin altında gizlənmiş halda və ya çılğaq olur. Gözləri kiçikdir. Ağzı altda yerləşir və ətli dodaqları vardır. Nəzərəçarpan 6-10 bığcığı olan kiçik balıqlardır. Azərbaycanın şirin sularında iki cinsin nümayəndələri yaşayır: çılpaqca və ilişgən.
Suda oksigenin az olmasına uyğunlaşmışdır (əlavə olaraq, bağırsaq tənəffüsündən də istifadə edir). Su hövzəsinin qurumasına davam gətirir (lilə girir və yuxuya gedir). Atmosfer təzyiqi aşağı düşdükcə tez-tez suyun üzərinə qalxıb hava udur. Çox vaxt akvariumda saxlanılır. Qərbi Avropada nadir növdür. BTMİ-nın "Qırmızı kitab"ına salınmışdır.[3]