Ziya Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ziya Quliyev
Ziya Yelmar оğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 29 iyul 1973(1973-07-29)
Doğum yeri
Vəfat tarixi güm. 2 aprel 1993(1993-04-02) (19 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
  • Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbi[d]
Hərbi fəaliyyəti
Döyüşlər

Ziya Quliyev (29 iyul 1973, Yeni Daşkənd, Bərdə rayonugüm. 2 aprel 1993, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Həyatı

Ziya Quliyev 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulub. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində təhsil alıb.[3]

Bərdə RHK-ya müraciət edərək Milli Orduya könüllü getmişdir. N saylı hərbi hissənin atıcısı olmuşdur. İki aylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sıravi əsgər Ziya Quliyev 2 aprel 1993-cü ildə Kəlbəcər rayonunda bud nahiyəsindən ağır yaralanmış, döyüş bölgəsindən çıxa bilməmiş və şəhid olmuşdur. Şəhidin meyitini götürmək mümkün olmamışdır. Məzarının yeri məlum deyil.[4]

Subay idi.

EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Ziya Quliyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.

İstinadlar

  1. Ziya Quliyev // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). III cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2001. səh. 529.
  2. Mir Cəfər. Bərdə şəhidləri Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine. Bakı, Sabah, 2005. səh. 253
  3. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 261. ISBN 978-9952-568-22-6.
  4. Səyyad Şairov. "Yaralı Göyçə" Bakı. Nurlan-2006. səh.41–42