Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Ziya Quliyev (29 iyul 1973, Yeni Daşkənd, Bərdə rayonu – güm. 2 aprel 1993, Kəlbəcər rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi.[1][2]
Ziya Quliyev | |
---|---|
Ziya Yelmar оğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyul 1973 |
Doğum yeri | |
Vəfat tarixi | güm. 2 aprel 1993 (19 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Döyüşlər |
Ziya Quliyev 29 iyul 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində doğulub. 1980–1990-cı illərdə Yeni Daşkənd kənd orta məktəbində təhsil alıb.[3]
Bərdə RHK-ya müraciət edərək Milli Orduya könüllü getmişdir. N saylı hərbi hissənin atıcısı olmuşdur. İki aylıq təlimlərdən sonra döyüşlərdə iştirak etməyə başlamışdır. Laçın, Kəlbəcər bölgələrində, Qamışlı-Yanşaq istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sıravi əsgər Ziya Quliyev 2 aprel 1993-cü ildə Kəlbəcər rayonunda bud nahiyəsindən ağır yaralanmış, döyüş bölgəsindən çıxa bilməmiş və şəhid olmuşdur. Şəhidin meyitini götürmək mümkün olmamışdır. Məzarının yeri məlum deyil.[4]
Subay idi.
EL TV "Əsgər" verilişinin 2018-ci il tarixli "Şəhidlər" rubrikasında Ziya Quliyevin həyatı və döyüş yolu haqqında sənədli film yayımlamışdır.