Zurvanizm

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Zurvanizm — Zurvana ibadətə əsaslanan qədim din. Zurvanizm əsasən Azərbaycan, İran, Mesopotamiya və qismən də Orta Asiyada yayılmışdır.[1]

Zurvana sitayiş İranın qərb vilayətlərində artıq e.ə. VI əsrin başlanğıcından təsdiqlənir. Burada onu zamanın androgin (kişi-qadın təbiətli) tanrı kimi tanıyırdılar. Zurvan Elam dilində tərtib olunmuş Persopol sənədlərindən də məlumdur. Bu sənədlərdə Zurvan (Zervan, Zarvan, Zrvan) Turma adlandırılır. Lakin ehtimal etməyə bəzi əsaslar vardır ki, bu, əbədi zaman və tale allahına sitayiş e.ə. I minilliyin başlanğıcına aid olan Luristan tunclarında da təsdiqlənmişdir.

Zurvanizmin ali tanrısı olan Zurvan əbədi mövcud olan Sonsuz Zaman kimi düşünülürdü. Mifdə Zurvan androgin (kişi-qadın, iki-cinsli) şəkildə təsvir edilir. O, Əhriman və Ormaz adlanan əkizləri dünyaya gətirmişdir. Bundahişnə görə, Zurvan "hər iki yaranışdan - Xeyir və Şərdən qüdrətlidir". Zurvanizmin bəzi təsəvvürləri "Avesta"ya daxil olmuşdur. Ola bilər ki, hələ Sasanilər dövründə zərdüştiliyin bidətçi təriqətlərindən biri olan zurvanizmdə ən qədim, Avestayaqədərki dövrlərin ünsürləri mühafizə edilirdi. Hətta ehtimal etmək olar ki, zurvanizm monoteizmə meyilli və yaxud artıq hətta monoteist təlim idi.

Zurvanizm, ümumiyyətlə, Avesta təlimləri kimi iudaizmin, erkən xristianlığınqnostisizmin inkişafına böyük təsir göstərmişdir.

İstinadlar

  1. Грантовский Э.А. Зерванизм. Философская энциклопедия, т. 2, М., 1962