Ballistika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Ballistika (alm. Ballistik‎. yun. ballo — atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s. hərəkətləri barədə elm. Ballistika, ali riyaziyyat, nəzəri mexanika, qaz dinamikası, termodinamika, barıtınpartlayıcı maddələrin və s. nəzəriyəsinə əsaslanan texniki fəndir. Daxili və xarici ballistika fərqlənirlər.

Daxili ballistika

[redaktə | mənbəni redaktə et]

Daxili ballistika, atıcı PM-in yanmasının təsirindən topun lüləsinin kanalında (mexaniki sərbəstliyi müəyyən şərtlərlə məhdudalaşan) mərminin və yaxud başqa cismin hərəkətini, eləcə də atəş zamanı lülə kanalında yaxud barıt raketinin kamerasındakı başqa proseslərin qanunauyğunluqlarını öyrənir. Daxili ballistika atəşi, barıtın kimyəvi enerjisinin istilik enerjisinə, sonra isə doldurmanın, mərminin və topun hərəkətli hissələrinin mexaniki işinə çevrilməsini qəliz termodinamik və qazodinamik proses kimi nəzərdən keçirərək atəş hadisəsində aşağıdakı mərhələləri fərqləndirir:

  • hazırlıq — barıtın yanmasının başlamasından mərminin hərəkətinin başlamasına qədər;
  • 1-ci (əsas) — mərminin hərəkətinin başlamasından barıtın yanmasının sonuna qədər;
  • 2-ci — barıtın yanmasının sonundan mərminin lülə kanalından uçması anına qədər(qazların adiabatik genişlənməsi mərhələsi) və
  • barıt qazlarının mərmiyə və lüləyə sonrakı-təsiri mərhələsi — mərminin lülə kanalından uçmasından ona qazların təsirinin kəsilməsinə qədər.

Daxili ballistikanın əsas bölmələri pirostatika, pirodinamika və topların, raketlərin, atıcı silahların ballistik layihələndirilməsidir. Pirostatika barıtın yanmasının qanunauyğunluqlarını və onun sabit həcmdə yanması zamanı qazın əmələ gəlməsini öyrənir.

Xarici ballistika

[redaktə | mənbəni redaktə et]

İdarəolunmayan raketlərin və mərmilərin silahın lüləsi ilə qarşılıqlı təsirin kəsilməsindən sonrakı hərəkətlərini, eləcə də bu hərəkətə təsir edən amilləri öyrənir. Onun əsas bölmələri: mərmiyə uçuş zamanı təsir edən qüvvə və anların öyrənilməsi; müəyyən başlanğıc və xarici şərtlərlə(xarici ballistikanın birbaşa məqsədi) trayektoriyasının elementlərini hesablamaq məqsədilə mərminin kütlə mərkəzinin hərəkətinin, eləcə də uçuşunun dayanıqlığını və yayılma xarakteristikalarının müəyyən olunması məqsədilə mərminin hərəkətlərinin kütlə mərkəzinə nisbət öyrənilməsi.

  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 1 səh.379