Ballistika (alm. Ballistik. yun. ballo — atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s. hərəkətləri barədə elm. Ballistika, ali riyaziyyat, nəzəri mexanika, qaz dinamikası, termodinamika, barıtın və partlayıcı maddələrin və s. nəzəriyəsinə əsaslanan texniki fəndir. Daxili və xarici ballistika fərqlənirlər.
Daxili ballistika, atıcı PM-in yanmasının təsirindən topun lüləsinin kanalında (mexaniki sərbəstliyi müəyyən şərtlərlə məhdudalaşan) mərminin və yaxud başqa cismin hərəkətini, eləcə də atəş zamanı lülə kanalında yaxud barıt raketinin kamerasındakı başqa proseslərin qanunauyğunluqlarını öyrənir. Daxili ballistika atəşi, barıtın kimyəvi enerjisinin istilik enerjisinə, sonra isə doldurmanın, mərminin və topun hərəkətli hissələrinin mexaniki işinə çevrilməsini qəliz termodinamik və qazodinamik proses kimi nəzərdən keçirərək atəş hadisəsində aşağıdakı mərhələləri fərqləndirir:
Daxili ballistikanın əsas bölmələri pirostatika, pirodinamika və topların, raketlərin, atıcı silahların ballistik layihələndirilməsidir. Pirostatika barıtın yanmasının qanunauyğunluqlarını və onun sabit həcmdə yanması zamanı qazın əmələ gəlməsini öyrənir.
İdarəolunmayan raketlərin və mərmilərin silahın lüləsi ilə qarşılıqlı təsirin kəsilməsindən sonrakı hərəkətlərini, eləcə də bu hərəkətə təsir edən amilləri öyrənir. Onun əsas bölmələri: mərmiyə uçuş zamanı təsir edən qüvvə və anların öyrənilməsi; müəyyən başlanğıc və xarici şərtlərlə(xarici ballistikanın birbaşa məqsədi) trayektoriyasının elementlərini hesablamaq məqsədilə mərminin kütlə mərkəzinin hərəkətinin, eləcə də uçuşunun dayanıqlığını və yayılma xarakteristikalarının müəyyən olunması məqsədilə mərminin hərəkətlərinin kütlə mərkəzinə nisbət öyrənilməsi.