Belqlər
Naviqasiyaya keç
Axtarışa keç
Belqlər(lat. Belgae) — Kelt qrupuna aid tayfa.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58–51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi. Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır. Belçikanın adı Belqlərlə əlaqədardır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ASE, II cild, Bakı, 1978, səh. 77