Belqlər(lat. Belgae) — Kelt qrupuna aid tayfa.
Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58-51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi.Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır.Belçikanın adı Belqlərlə əlaqədardır.