Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir.
Sena çayı | |
---|---|
Seine | |
Ölkə | |
Mənsəbi | La Manş boğazı |
Uzunluğu |
|
Su sərfi | 500 m³/s |
Hövzəsinin sahəsi | 78.650 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib.
Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna.
Sendən gəmiçilik üçün geniş istifadə edilir. 6,5 metr dərinliyindəki gəmilər Ruanaya qədər üzə bilirlər; Ruana ilə Paris arasında isə dərinliyi 3,2 metr götürə bilən çay gəmiləri üzürlər.
Çayın suyu çox çirklənibdir.
Antik dövrdə çayın adı Sekvana (Sequana) kimi səslənirdi[1]. Ehtimal edilir ki, kelt sözü olan Siquana Hind-Avropa dillərindən əvvəlki sak- (müqəddəs) sözündən əmələ gəlib.