Cəmilə Atayeva

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Cəmilə Atayeva
Doğum tarixi
Doğum yeri Bakı
Fəaliyyəti Aktrisa

Cəmilə Atayeva (1946, Bakı) — Azərbaycan aktrisası.

Cəmilə Şamil qızı Atayeva 1946-cı ildə Bakıda anadan olub.

Xoreoqrafiya məktəbini bitirib.

1962-ci ildən səhnədədir. Bir qədər Opera və Balet Teatrında çalışdıqdan sonra Musiqili Komediya Teatrının aparıcı solisti olub.

Müxtəlif kinostudiyalarda çəkilmiş "Hava məbədi", "Silahlı çox təhlükəlidir", "Tehran-43", "Təyyarələr enmədi" (Özbəkfilm) filmlərində çəkilib.

Hazırda Nizami kinoteatrında nəzarətçi işləyir.

  1. Dədə Qorqud (film, 1975)
  2. Hava Məbədi
  3. İnsan məskən salır (film, 1967)
  4. Qərib cinlər diyarında (film, 1977)
  5. Silahlı Çox Təhlükəlidir
  6. Tehran-43
  7. Təyyarələr Enmədi (Özbəkfilm)