Dədə Qorqud (film, 1975)

Bu məqalə Dədə Qorqud filmi haqqındadır. Digər mənalar üçün Dədə Qorqud (dəqiqləşdirmə) səhifəsinə baxın.

Dədə Qorqud — Rejissor Tofiq Tağızadənin filmi.[1]

Dədə Qorqud
Fayl:Dədə Qorqud (film, 1975).jpg
Janr dram
döyüş
məhəbbət
müharibə
Rejissor Tofiq Tağızadə
Ssenari müəllifi Anar Rzayev
Baş rollarda Həsən Məmmədov — Dədə Qorqud
Həşim Qadoyev — Qazan
Rasim Balayev — Beyrək
Givi Toxadze — Alp Aruz
Hamlet Qurbanov — Qıpçaq Məlik
Leyla Şıxlinskaya — Banıçiçək
Şəfiqə Məmmədova — Burla xatun
İnarə Quliyeva — Selcan
Elçin Məmmədov — Qaraca çoban
Fərhad Yusifov — Tural
Dinarə Yusifova — Günel
Operator Rasim İsmayılov
Bəstəkar Emin Sabitoğlu
Rəssam Nadir Zeynalov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 2 sentyabr 1976
Filmin növü tammetrajlı bədii film
Müddət 125,5 dəq.
Ölkə Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
İl 1975
Texniki məlumatlar 2 seriyalı
13 hissə
I seriya:
6 hissə
1697 metr
II seriya:
7 hissə
1961 metr
genişekranlı
35 mm
Rəng rəngli
IMDb ID1992114

Filmdəki hadisələrin mərkəzində xalq dayanır. Burada xalqın taleyi, tarixi proseslərdə rolu, uzaq keçmişi, adət və ənənələri barədə danışılır.

Dədə Qorqud (Həsən Məmmədov) saysız-hesabsız insan fəlakətlərinin, ardı-arası kəsilməyən müharibələrin şahidi olan və insanları başı bəlalı torpaqda azad əməyə səsləyən müdrik qocadır.

Kino əsəri canlı döyüş meydanını bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz".

Filmdə vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm olunur.[2]

  • Film aktyor Fərhad Yusifovun kinoda ilk işidir.
  • Film dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında çəkilmişdir.[3]
  • Film Anarın eyniadlı povesti əsasında çəkilmişdir.
  • Kinolent dastanı tam əhatə etmir, əsasən dastanın iki qolundan istifadə edilmişdir.
  • "Dədə Qorqud" Azərbaycanda istehsal olunan ilk iki seriyalı filmdir. Ancaq filmin iki seriyalı çəkilişi əvvəlcədən planlaşdırılmayıb. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, "Dədə Qorqud" iki seriyalı film kimi təqdim olunub.
  • Film 1-ci kateqoriyaya layiq görülüb.
  • Filmdə bir-birilə nişanlanan Tural və Günel gerçək həyatda bacı-qardaş idi.[4]
  • Film 2010-cu ildə bərpa edilmişdir.[5]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Anar
Quruluşçu rejissor: Tofiq Tağızadə
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Nadir Zeynalov
Bəstəkar: Emin Sabitoğlu
Səs operatoru: Vladimir Savin
Geyim rəssamı: Bədurə Əfqanlı
Dekor rəssamı: Rafiz İsmayılov
Qrim rəssamları: N. Veselova, V. Bereznyakov
Rejissor: Akif Rüstəmov
Montaj edən: Tamara Nərimanbəyova
Rejissor assistentləri: Səməd Lazımov, Ziya Şıxlinski
Operator assistentləri: Yuri Varnovski, Vaqif Bağırov, V. Romanov, Rəşid Nağıyev
Rəssam assistenti: Mahmud Aslanov, A. Stepanova
Montaj üzrə assistent: Esmira İsmayılova
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev, Mirzə Rəfiyev
Rəqslərin quruluşu: Rəfiqə Axundova, Maqsud Məmmədov
Mahnıları ifa edən: Yalçın Rzazadə
Şəkillərin müəllifi: Toğrul Nərimanbəyov
Məsləhətçilər: Həmid Araslı (akademik), R. Əfəndiyev (sənətşünaslıq doktoru)
Redaktor: Əhmədağa Qurbanov, Nadejda İsmayılova
Filmin direktoru: Nazim Ələkbərov
İşıqçı: A. Məmmədzadə
Həsən Məmmədov — Dədə Qorqud
Həşim Qadoyev — Qazan
Rasim Balayev — Beyrək
Givi Toxadze — Alp Aruz
Hamlet Qurbanov — Qıpçaq Məlik
Leyla Şıxlinskaya — Banıçiçək
Şəfiqə Məmmədova — Burla xatun
İnarə Quliyeva — Selcan
Elçin Məmmədov — Qaraca çoban
Fərhad Yusifov — Tural
Dinarə Yusifova — Günel
Əli Haqverdiyev — Yalıncıq
Gündüz Abbasov — Bəybura
Əfrasiyab Məmmədov — Bayandır xan
Mikayıl Mirzə — gor qazan
Rafiq Kərimov
Səməd Lazımov
Kamal Xudaverdiyev — Bəybecan
İ. Muxtəliyev
Məmmədağa Dadaşov
C. Qafarov
Mayak Kərimov — igid
Şəmsi Şəmsizadə — igid
Ə. İbrahimov
R. Baxşiyev
Ənvər Həsənov — atoynadan
N. Hacıbəyova
Nataliya Tağıyeva (Nailə Bağırova kimi)-Günelin dayəsi
Y. Məmmədov
İ. Əliyev
Sofa Bəsirzadə — dayə
Fəxri Həsənov — Nəvə
Cəmilə Atayeva — Qıpçaq Məliyin kənizi
Tariyel Qasımov — Qılbaş
Gümrah Rəhimov — Aruzun adamı
Elxan Əhədzadə
Rafiq Qasımov
H. Səlimov
N. Məhərrəmov

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Yusif Vəliyev — Bayandır xan (Əfrasiyab Məmmədov) (titrlərdə yoxdur)
Amaliya Pənahova — Selcan (İnarə Quliyeva) (titrlərdə yoxdur)
Əminə Yusifqızı — Banıçiçək (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur)
Səməndər Rzayev — Qazan xan (Həşım Qadoyev) (titrlərdə yoxdur)
Əliabbas Qədirov — Yalıncıq (Əli Haqverdiyev) (titrlərdə yoxdur)
Hamlet Xanızadə — Qıpçaq Məlik (Hamlet Qurbanov) (titrlərdə yoxdur)
Pərviz Bağırov — Tural (Fərhad Yusifov) (titrlərdə yoxdur)
Ofeliya Sənani - Günel (Dinarə Yusifova) (titrlərdə yoxdur)
Şahmar Ələkbərov — Alp Aruz (Givi Toxadze) (titrlərdə yoxdur)
Kamal Xudaverdiyev — Qaraca çoban (Elçin Məmmədov) (titrlərdə yoxdur)
  1. "Dədə Qorqud" filminin sirləri: [rejissoru Tofiq Tağızadə olan eyni adlı film haqqında] //Azad Azərbaycan.- 2011.- 24 iyul.- S. 5.
  2. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.
  3. "Kino yenilikləri" qəzeti, 11 noyabr 1975-ci il.
  4. Moskva “Dədə Qorqud” filmində nəyə etiraz edirdi?: “Filmdə bir-birilə nişanlanan Tural və Günel gerçək həyatda bacı-qardaş idi”: [Tofiq Tağızadənin eyniadlı filmi haqqında Xalq artisti Rasim Balayevin fikirləri] //Azadlıq.- 2015.- 4 may.- S.14.
  5. “İki film bərpa edilib” [Kinorejissor Həsən Seyidbəylinin yubileyi münasibətilə bərpa olunub Dövlət Film Fonduna daxil olan "Dədə Qorqud" və "Nəsimi" filmləri barədə] //Ayna.-2010.- 19 iyun.- səh.19.
  • "Tərcüman" qəzeti. Türkiyə nəşri. 1983-cü il.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 34; 414.
  • Aydın Dadaşov. Ekran dramaturgiyası. Bakı, 1999, səh. 62.
  • Ə. Hüseynov. "Sonsuzluğa ünvanlanan...". "Kino" qəzeti, may 1999-cu il.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 196; 201-204; 268.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
  • Oktay. “Dədə Qorqud” eposunun xarakterinə uyğun film Bu dəyərli ekran əsərinin ərsəyə çatmasında güclü aktyor nəslinin xüsusi xidmətləri olub //Xalq cəbhəsi.- 2012.- 28 fevral.- səh. 14.
  • Gözəl Azərbaycan filmlərinin müəllifi...: “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Dədə-Qorqud”: [kinorejissor Tofiq Tağızadə haqqında] //Azadlıq.- 2011.- 11 noyabr.- S.14.
  • Ayxan. "Nəsimi" və "Dədə Qorqud" bərpa olundu: Hər iki film Filmfonda verilib //Ekspress.- 2010.- 19-21 iyun.- S. 12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]