Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyası (ing. Confederation of South African Workers' Unions) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir.

Konfederasiyanın yaranması 2003-cü il mart ayının 8-də keçirilən Milli Şuranın konfransında təsdiqlənmişdir.

Hazırda təşkilatın tabeçiliyində 27 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konfederasiya 290 min üzvü özündə cəmləşdirir.

Konfederasiya iş yerlərində mövcud olan ayrı-seçkiliklərə qarşı mübarizə aparır.

Konfederasiyanın siyasəti iş yerlərində ekspluatasiya, diskriminasiya və ayrı-seçkiliyi aradan qaldırmaq prinsipləri üzərində qurulub. Bununla yanaşı, təşkilat hər zaman işçilərin iqtisadi-sosial durumunda bərabərliyi tənzimləmək üçün əlindən gələni edir.

Hazırda təşkilata Joel Mfinqvana rəhbərlik edir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • consawu.co.za — Cənubi Afrika Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi saytı