Gülşad Baxşıyeva
Gülşad Baxşıyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Hüseynağa Atakişiyev |
Atası | Eynulla |
Fəaliyyəti | aktrisa |
Mükafatları |
Azərbaycan SSR əməkdar artisti Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü |
Gülşad Eynulla qızı Baxşıyeva (12 dekabr 1952, Kürdəxanı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, professor[1] və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.
O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.
2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür. Teatr və kino yaradıcılığıyla yanaşı o həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında "xalq və əməkdar artist" fəxri adına layiq görülənlər də var.
Gülşad Baxşıyeva o vaxt Şəki teatrında baş rejissor çalışan böyük sənətkar Hüseynağa Atakişiyevlə ailə həyatı qurmuşdur. Onların Elbəy (d. 1978) və Elmir (d. 1980) adında 2 oğulları var. Təəssüf ki, onların ailə həyatı uzun sürməmiş və ayrılmışlar.
ADMİU-da 1985-ci ildən "Səhnə danışığı", 1994-cü ildən "Rejissor və aktyor sənəti", hal-hazırda isə "Dram teatrı və kino aktyoru" kafedrasında işləyir.[1] 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR əməkdar artisti — 01.12.1982[3]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 13.12.2023[2]
Əsas rolları
[redaktə | mənbəni redaktə et]- Komsomol poeması (S. Vurğun) — Gülcamal
- Hacı Qara (M. F. Axundov) — Sonaxanım
- Vəziri-xani-Lənkəran (M. F. Axundov) — Zibaxanım
- Nişanlı qız (S. Rəhman) — Bənövşə
- Yalan (S. Rəhman) — Şəlalə
- Kral Lir (V. Şekspir) — Qonerilya
- Romeo və Cülyetta (V. Şekspir) — dayə
- Əks-səda (N. Xəzri) — Zərifə ana
- Arvadımın əri (G. Xuqayev) — Fərizət
- Ağ xəstəlik (K. Çapen) — ana
- Pələng və kaftar (Ş. Petefe) — Predslava
- Bağdada putyovka var (Ə. Əylisli) — Sitəmxanım
- Vəzifə (Ə. Əylisli) — Nazlı
- Ezop (Fiqeyredu) — Kleya
- Uca dağ başında (V. Səmədoğlu) — Şənbəxanım
- Arturo Uinin karyerası (B. Brext) — Dokteyzi
- Adsız ulduz (M. Sebastyan) — Madmazel Kuku
- Sizi deyib gəlmişəm (Anar) — Zeynəb
- Adamın adamı (Anar) — At Balaxanım
- Həyatın dibində (M. Qorki) — Vasilisa
- Teymurləng (K. Marlo) — Zenokrata
Bakı teatrlarında oynadığı rollar
- Ölüm hökmü (Elçin) — bələdçi Arzu
- Ağ dəvə (Elçin) — Safura
- Şeytan tələbəsi (Ə. Əylisli) — Şaban arvad
- İntihar (V. Səmədoğlu) — Kleotra
- Halallıq (N. Rasputin) — Anna qarı
- Al canım qadan alım (Ə. Nesin) — Siyen
- Aydın (C. Cabbarlı) — Böyükxanım
- Sevil (C. Cabbarlı) — Sevil
- Ayı (A. Çexov) — Popova
- Təklif (A. Çexov) — Nataliya Stepanovna
- Evlənmə (N. Qoqol) — Arina Panteleymovna
- Nazrin xanım (Nuşiç) — Savka xala
- Mənim ağ göyərçinim (T. Vəliyeva) — Suğra
Televiziya tamaşalarındakı rolları
- Kənd sayağı elçilik (B. Şou) — qız
- Evlənmə (N. Qoqol) — Aqafiya Tixonovna
- Cinayət və cəza (F. Dostoyevski) — Katerina İvanovna
- Kamança (C. Məmmədquluzadə) — ana
- Hallalıq (N, Rasputin) — Anna qarı
- Cəza (A. Məsud) — ana
- Gecə (V. Vəliyev) — qoca ana
- Gecə yarıdan ötmüş (H. Orucov) — gəlin
- Yanmış körpülər (E. Məmiyev) — ana
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Aktrisanın təbəssümü (film, 1974) — rol: Naxış
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) — rol: Zivər
- Bəxt üzüyü (film, 1991) — rol: Sara
- Ömürdən uzun gecə (film, 1996)
- Hər şey yaxşılığa doğru — rol: hamilə qadın
- Bir anın həqiqəti (film, 2003) — rol: ana
- Milli bomba (film, 2004) — rol: qız anası
- Girov (film, 2005) — rol: falçı qadın
- Yalan (film, 2005) — rol: Nisə
- Yanmış körpülər (film, 2007)
- Günaydın, mələyim! (film, 2008)
- İstanbul reysi (film, 2010)
- Qayınana (film, 2011)
- Vəkil hanı? (film, 2011)
- Sirr (serial, 2012)
- Axınla aşağı (film, 2014)
- Bəxt üzüyü 2 (film, 2017)
- Yerlə göy arasında (film) — rol: əri ölmüş qadın
- Özünə oxşa (film) — Məryəm
Kitabları
[redaktə | mənbəni redaktə et]- Baxşıyeva, G. Aktyor sənəti fənnində əsas amillər:dərs vəsaiti. — Bakı:ADMİU, 2010. — 186 s.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yuxarıda get: 1 2 ""DRAM TEATRI VƏ KİNO AKTYORU" KAFEDRASI" (az.). https://www.admiu.edu.az. Archived from the original on 10 June 2024. İstifadə tarixi: 20 may 2024.
- ↑ Yuxarıda get: 1 2 "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
- ↑ Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı