Giləmeyvəli alma

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Giləmeyvəli alma
Elmi təsnifat
Beynəlxalq elmi adı

Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır.

Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Bu növ bağ-parkla tək və qrup əkinlərində, canlı hasarlarda istifadə etmək üçün çox qiymətlidir. Çoxsaylı dekorativ formaları vardır.