Kərəc
Kərəc | |
---|---|
کرج | |
35°49′58″ şm. e. 50°59′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.341 m[1] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 26 |
Digər | |
karaj.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Kərəc (fars. كرج) — İran İslam Respublikasının Əlburz ostanında şəhər. Əlburz ostanının və Kərəc şəhristanının inzibati mərkəzi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Kərəc şəhəri Tehranın 20 km qərbində, Əlburz dağlarının ətəyində yerləşir. Ərazisi 2.452 km² olan şəhər ilbəil böyüyərək Tehrana daha da yaxınlaşır. Kərəc Elburs dağ silsiləsinin ətəyində yerləşir və ölkənin mühüm nəqliyyat qovşağıdır. Mənzərəli dağ təbiətinə malik Kərəc ölkənin sürətlə artan sənaye şəhəridir. Şəhərə yaxın bir neçə dağ kurortu yerləşir. Kərəcdə eyni zamanda klassik Şərq və, əsasən mərkəzdə, müasir Avropa memarlıq nümunələri ilə qarşılaşmaq olar. Burada bir neçə nüfuzlu tədris müəssisəsi də var. Şəhərdə gəzinti və istirahət üçün çoxlu park və xiyaban var. Kərəcdə çoxlu sayda görməli yer var, xüsusi ilə sonuncu şahın böyük bacısının sifarişi ilə 1966 ildə tikilən Mirvari saray diqqəti cəlb edir. Bundan başqa şəhərdə, indi kənd təsərrüfatı universiteti yerləşən, Süleyman sarayı diqqətə layiqdir. Şəhərin ətrafında Qaleyi-Dəşhət və Qaleyi-Fərəmərz qədim qalaları var. Burada İranın ən yaxşı dağ-xizək kurortu sayılan Dizin kurortu var. Kərəcdə ölkə əhəmiyətli bir neçə mühüm sənaye kompleksləri var. Məsələn ölkə əhəmiyətli enerji turbinləri istehsal edən "Şəhriyar" adına müəssisə. 2013 ilin iyununda 29 gün "Şəhriyar" zavodunun fəhləsi bəst (tətil) edib. Bu zavod enerji turbinləri üçün ehtiyat hissələri istehsal edir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kərəc əhalisinin 53% farslar, 30% isə Azərbaycan türkləri təşkil edir.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Şəkillər
[redaktə | mənbəni redaktə et]-
Şah Abbas Karvansarası
-
Süleymaniyyə sarayı
-
İmamzadə Tahir
-
Abyaneh simulyasiyası
-
Kərəc səddi
-
Varyan
-
Şimal şossesi
-
Çalus yolunda payız
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ GeoNames (ing.). 2005.
- ↑ Yuxarıda get: 1 2 https://www.citypopulation.de/Iran-MajorCities.html.
- ↑ Yuxarıda get: 1 2 جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- About Karaj city (fars.)
- Karaj, Iran, Yahoo! Travel Arxivləşdirilib 2012-06-02 at the Wayback Machine
- The city of Karaj
- Iran Tourism & Touring Organization
- Karaj Magazine (fars.)
- Karaj Background History Arxivləşdirilib 2012-04-26 at the Wayback Machine (fars.)