Malik Bəyləroğlu
Malik Beyleroğlu | |
---|---|
azərb. Malik Bəyləroğlu | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Türkiyə |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Boyu | 1,75 m |
İdman növü | Boks |
Malik Bəyləroğlu (d. 21.01.1970, Azərbaycan) — Azərbaycan əsilli türk boksçu.
Həyatı[redaktə | mənbəni redaktə et]
O, Azərbaycanda anadan olub və Sovet İttifaqının milli komandasının tərkibində bir sıra müvəffəqiyyətlər qazanıb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyəyə köçdü və Türk vətəndaşlığını qəbul etdi.
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Boksla “əməkdar məşqçi” Məmməd Eyvazov rəhbərliyi altında məşğul olmuşdur. Öz istedadı sayəsində tez bir zamanda nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ yığma komandasına cəlb edilmişdir. O, dəfələrlə Azərbaycan çempionu, 1986-88-ci illərdə SSRİ birinciliklərinin, bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və Atlanta yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
1992-ci ildə Fənərbaxçada idman fəaliyyətinə başlamışdır. 1992-ci ilin 16-18 oktyabr tarixində Kütahyada təşkil edilən Türkiyə Fərdi Boks Çempionatında ilk Türkiyə birinciliyini qazandı.
ABŞ-n Atlanta şəhərində təşkil edilən 1996-cı ilin Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq Türkiyənin bu idman növündə o tarixə qədər olimpiadalarda ən böyük nailiyyətini əldə etdi.
Bu qələbəsi münasibətilə Türkiyənin Milli Olimpiya Komitəsi tərəfindən 59 ən yaxşı türk idmançıdan biri seçildi. 1997-ci ildə İtaliyanın Bari şəhərində təşkil olunan Aralıq dənizi oyunlarında 75 kq çəki dərəcəsində büyünc medal qazandı.[1]1999-cu il 17 avqustunda baş verən zəlzələdən sonra bütün var-dövlətini itirdi və dolanışıq üçün bir müddət peşəkar boksla məşğul oldu.[2]
Aktiv idman təcrübəsini bitirdikdən sonra Sakarya Universitetinin Bədən Tərbiyəsi və İdman Akademiyasında idman müəllimi kimi fəaliyyət göstərdi. Eyni zamanda da türk milli komandasında da məşqçilik edirdi.[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Atabeyoğlu, Cem, "Akdeniz Oyunları ve Türkiye", TMOK Yayınları, İstanbul (2000), s. 142
- ↑ "Milliyet, 8 Ekim 1999". 2014-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
- ↑ "Ajansspor, 21 Mayıs 2009". 2016-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- İdmançı profili Arxivləşdirilib 2009-12-20 at the Wayback Machine