Malik Bəyləroğlu (d. 21.01.1970, Azərbaycan) — Azərbaycan əsilli türk boksçu.
Malik Beyleroğlu | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
azərb. Malik Bəyləroğlu | ||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Azərbaycan | |||||||||||||
Boyu | 1,75 m | |||||||||||||
İdman növü | Boks | |||||||||||||
Medallar
|
O, Azərbaycanda anadan olub və Sovet İttifaqının milli komandasının tərkibində bir sıra müvəffəqiyyətlər qazanıb. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Türkiyəyə köçdü və Türk vətəndaşlığını qəbul etdi.
Boksla “əməkdar məşqçi” Məmməd Eyvazov rəhbərliyi altında məşğul olmuşdur. Öz istedadı sayəsində tez bir zamanda nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ yığma komandasına cəlb edilmişdir. O, dəfələrlə Azərbaycan çempionu, 1986-88-ci illərdə SSRİ birinciliklərinin, bir sıra mötəbər beynəlxalq turnirlərin qalibi və Atlanta yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
1992-ci ildə Fənərbaxçada idman fəaliyyətinə başlamışdır. 1992-ci ilin 16-18 oktyabr tarixində Kütahyada təşkil edilən Türkiyə Fərdi Boks Çempionatında ilk Türkiyə birinciliyini qazandı.
ABŞ-n Atlanta şəhərində təşkil edilən 1996-cı ilin Yay Olimpiya Oyunlarında gümüş medal qazanaraq Türkiyənin bu idman növündə o tarixə qədər olimpiadalarda ən böyük nailiyyətini əldə etdi.
Bu qələbəsi münasibətilə Türkiyənin Milli Olimpiya Komitəsi tərəfindən 59 ən yaxşı türk idmançıdan biri seçildi. 1997-ci ildə İtaliyanın Bari şəhərində təşkil olunan Aralıq dənizi oyunlarında 75 kq çəki dərəcəsində büyünc medal qazandı.[1]1999-cu il 17 avqustunda baş verən zəlzələdən sonra bütün var-dövlətini itirdi və dolanışıq üçün bir müddət peşəkar boksla məşğul oldu.[2]
Aktiv idman təcrübəsini bitirdikdən sonra Sakarya Universitetinin Bədən Tərbiyəsi və İdman Akademiyasında idman müəllimi kimi fəaliyyət göstərdi. Eyni zamanda da türk milli komandasında da məşqçilik edirdi.[3]