Mehdi Bağırov (həkim-cərrah)
Naviqasiyaya keç
Axtarışa keç
Mehdi Bağırov | |
---|---|
Mehdi Bağırov Abbas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Mükafatları |
|
Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur.
Tibbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
- 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş;
- 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış;
- 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş;
- 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş;
- 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş;
- 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]
Mükafatları[redaktə | mənbəni redaktə et]
Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.[2]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ NE, I cild,, 2005. səh. 75-76
- ↑ "Nehrəm kəndi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Tanınmış cərrah Mehdi Bağırovun 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans Arxivləşdirilib 2015-11-18 at the Wayback Machine
- Bir kəndin məşhurları
Haqqında Kitablar[redaktə | mənbəni redaktə et]
Kateqoriyalar:
- 20 dekabrda doğulanlar
- 1915-ci ildə doğulanlar
- 88 yaşında vəfat edənlər
- 27 martda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- Naxçıvanda vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Lenin" ordeni ilə təltif edilənlər
- "Qırmızı ulduz" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Naxçıvanda doğulanlar
- Əməkdar həkimlər
- SSRİ deputatlarının siyahıları
- Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları
- SSRİ xalq həkimləri