Nuranə Əliyeva (karateçi)
Naviqasiyaya keç
Axtarışa keç
Nuranə Əliyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Nuranə Ağa Əli qızı Əliyeva |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
İdman növü | Karate (Kumite) |
Nuranə Əliyeva[1] (d. 21 avqust 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Nuranə Əliyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Həyatı[redaktə | mənbəni redaktə et]
Nuranə Əliyeva 21 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
Karyerası[redaktə | mənbəni redaktə et]
Nuranə Əliyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -50 kiloqram çəki dərəcəsində çıxış edən Nuranə Əliyeva, bürünc medal uğrunda görüşdə, İndoneziya nümayəndəsi Srunita Sukatendeli 1:1 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "IV İslam Həmrəyliyi Oyunları - Karate yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.
Kateqoriyalar:
- Yaşayan insanlar
- 21 avqustda doğulanlar
- 1992-ci ildə doğulanlar
- Əlifba sırasına görə idmançılar
- Azərbaycan karateçiləri
- 2015 Avropa Oyunlarında karateçilər
- 2017 İslam Həmrəyliyi Oyunlarında karateçilər
- 2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar
- İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazananlar
- Karate üzrə Dünya Çempionatı medalçıları