Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Layihəyə kömək edə bilərsiniz, məlumatları yeniləyin və şablonu çıxarın. |
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu.
2017 İslam Həmrəyliyi Oyunları | |
---|---|
Şəhər | Bakı |
İştirakçı dövlətlər | 54 |
İdmançıların sayı | 6000 |
Açılış mərasimi | 12 may 2017 |
Bağlanış mərasimi | 22 may 2017 |
Rəsmən açılışı edib | 12 may 2017 |
Vikianbarda əlaqəli mediafayllar |
2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü.[1] 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu.[2]
İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər.[3]
Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib.
| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink =
}} (345)
İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
Bakı | ||||
---|---|---|---|---|
Bakı Olimpiya Stadionu | Tofiq Bəhramov adına Respublika Stadionu | Heydər Əliyev adına İdman Arenası | Milli Gimnastika Arenası | Bakı İdman Sarayı |
Açılış və bağlanış mərasimi, | Futbol | Güləş, | Bədii gimnastika, | Karate, |
Tutumu: 68 000 | Tutumu: 31 200 | Tutumu: 6 000 | Tutumu: 6 500 | Tutumu: 2 000 |
Baku Crystal Hall | Bakı Su İdmanı Sarayı | |||
Voleybol (1-ci zal), Boks (2-ci zal), Zorxana (2-ci zal) |
Üzgüçülük, | |||
Tutumu: 6 000 (1-ci zal), 2300 (2-ci zal) |
Tutumu: 6 000 | |||
Su Polosu Arenası | Bayıl Arena | |||
Su polosu | Futbol | |||
Tutumu: 2 000 | Tutumu: 1 100 | |||
Basketbol Arenası | Bakı Atıcılıq Mərkəzi | |||
Basketbol 3x3 | Atıcılıq | |||
Tutumu: 2 000 | Tutumu: 780 | |||
Dalğa Arena | AZAL Arena | Bakı Tennis Akademiyası | Sərhədçi İdman Olimpiya Mərkəzi | Ağır Atletika Akademiyası |
Futbol | Futbol | Tennis | Stolüstü tennis, | Ağır Atletika |
Tutumu: 6 700 | Tutumu: 1 650 | Tutumu: 2 000 | Tutumu: 3 000 | Tutumu: 500 |