Sarjent alması
Sarjent alması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Sarjent alması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Sarjent alması (lat. Malus sargentii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Vətəni Yaponiyadır. Növün adı Harvard Universiteti Dendrarisinin direktoru Çarlz Spreq Sardjentin (1841-1927) şərəfinə adlandırılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Kolun hündürlüyü və eni təxminən 2-3 metrdir. Çətiri hamar-şarşəkillidir. Yarpaqların payız rəngi sarı-narıncıdır. Qönçələri yumru formalı, kiçik, uzun erkəkciklidir. Çiçəkləri ağdır, nazik, uzun çiçək saplağında yerləşir. Meyvələri xırda, şarşəkiklli, tünd qırmızıdır, budaqlarda çox qalır. Apreldə çəhrayı rəngdə çiçəkləyir. Çiçəkləri ətirlidir.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
İşıqsevəndir, nəmişli torpaq tələb edir. Məhsuldar növdür. Bataqlıq və çox quru torpağı sevmir. Soyuğa və quraqlığa, xəstəliklərə davamlıdır, torpağın duzlaşmasına dözür. Qışa az davamlığına görə üstü örtülməlidir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Qubada, İsmyıllıda, Qəbələdə həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Tək, qrup əkinlərində, canlı hasar kimi istifadə edilir. Meyvələri qırmızı almalardır, payızda yetişir. Şirin dadlıdır. Quşlar üçün cəlbedicidir.