Uzunsov zirinc

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Uzunsov zirinc
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Berberis oblonga

Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir. Yumurtalığı uzunsov, 1-3 yumurtacıqlıdır. Giləmeyvələri qara, göyümtül çalarlı, uzunsov-ellipsvari, uzunluğu 1 sm-dək, eni 6 mm-dən çox deyil. Toxumu əsasən birdir.

Meşə-çöl zolağında quru, cənub yamaclarında və subalp zolağında günəşli, yarımkölgəli ərazilərdə bitir. Torpağa tələbkar olmayıb çayətrafı ərazilərdə yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.

Tək və qrup əkinlərində, canlı bordürlərin salınmasında istifadəsi məqsədyönlüdür.