Yovşanyarpaq ambroziya
Yovşanyarpaq ambroziya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yovşanyarpaq ambroziya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yovşanyarpaq ambroziya (lat. Ambrosia artemisiifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ambroziya cinsinə aid bitki növü.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]Birillik, gövdəsi düz, sadə və ya budaqlanan, 25-80 sm hündürlükdə bitkidir. Yarpaqları qarşı-qarşıya və ya növbəli düzülmüş, saplaqlı, aşağı yarpaqlar ikiqat, yuxarı yarpaqlar dərin lələkvari bölünmüş, bölümləri uzunsov-lansetvari, iti, tam və ya dişli, hər təfərdən qısa və sıx tükcüklü, aşağıda bozumtuldur. Səbətləri uzun və nazik sünbülvari çiçəkqrupunda toplanıb. Erkəkcik çiçəkləri sarı, səbətləri yarımşarvari, 3-5 mm enindədir. Sarğı yarpaqcıqları yaşıl rənglidir. Toxumcaları 3 mm uzunluqda, yumurtavari-uzunsov, incə burunludur. Tozcuqları allergiya xüsusiyyətlidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazın qərbi, Abşeronun rayonlarında aran və dağətəyi ərazilərdə yayılmışdır. Əkinlərdə, yol kənarlarında bitir. İnvaziv növdür.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Ambrosia artemisiifolia f. artemisiifolia
- Ambrosia artemisiifolia subsp. artemisiifolia
- Ambrosia artemisiifolia var. artemisiifolia
- Ambrosia artemisiifolia var. elatior (L.) Descourt.
- Ambrosia chilensis Hook. & Arn.
- Ambrosia elata Salisb.
- Ambrosia elatior L.
- Ambrosia elatior var. elatior
- Ambrosia glandulosa Scheele
- Ambrosia monophylla (Walter) Rydb.
- Ambrosia paniculata Michx.
- Ambrosia paniculata f. paniculata
- Ambrosia paniculata var. paniculata
- Ambrosia peruviana Cabrera
- Iva monophylla Walter
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 988.