İriçiçək zanbaqca
İriçiçək zanbaqca | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İriçiçək zanbaqca |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
İriçiçək zanbaqca (lat. Fritillaria grandiflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür.
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır. Erkəkcik çiçəkyanlığından nəzərəçarpacaq dərəcədə qısadır. Sütuncuq ortadan 3 ağızcığa bölünmüşdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Meşələrdə, qayalıq yerlərdə yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.
Yayılması[redaktə | mənbəni redaktə et]
Diabar.
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Əhali tərəfindən yığılması və zoogen amillər.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni bitmə yerlərinin axtarılması, yasaqlıqların salınması vacibdir.