Zanbaqkimilər (lat. Liliaceae) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Zanbaqkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Zanbaqkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Zanbaqkimilər fəsiləsinin nümayəndələri əksərən çoxillik otlar, kökümsovlu və ya soğanaqlı bitkilərdir. Yarpaqları növbəli düzülüşlü, tam və nadir hallarda kənarları dişli, kökətrafı yarpaqlıdırlar. Çiçəklər əsaəsən ikicinsli, aktinomorf, müxtəlif tipli çiçəkqrupuna toplanmış və ya tək-təkdirlər. Çiçəkyanlığı 2 dairədə düzülüb, 3 üzvlü olub, tac və ya kasacıq şəkillidir. Erkəkciklər 6 ədəd olub, 2 dairədə yerləşir. Erkəkcik sapları sərbəst və ya birləşmişdir. Dişiciyi 3 meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir, sütuncuğu adətən bir, bəzi növlərdə isə 3 olur. Toxumlar endospermlidir. Entomofil bitkilərdir, nektar yumurtalığın arakəsmələrindən ifraz olunur. Bəzən çiçəkyanlığının yarpaqlarında xüsusi nektarlıqlar olur.
Bütün dünyada yayılmış 220 cinsi və 3500 növü vardır. Yer kürəsinin bütün floralarında rast gəlinən geniş yayılmış fəsilədir. Azərbaycan Respublikası ərazisində aran bölgələrdən başlamış yuxarı dağ qurşağına qədər 25 cinsdə təmsil olunmuş 150-ə qədər növü yayılmışdır.
Zanbaqkimilər bir sıra yarımfəsilələrə bölünür:
Zanbaqkimilərdən müxtəlif məqsədlər üçün istifadə olunur. Belə ki, iri, gözəl çiçəklərinə görə bağçılıqda istifadə olunan bitkilərə zanbaq, dağlaləsi, hiassintlər, çiriş və digər cinslərin nümayəndələrini misal göstərmək olar.
Tərəvəz bitkilərinə adi soğan (Allium cepa) və vegetativ yolla çoxalan sarımsaq (A.sativum) daxildir. Bəzi zanbaqkimilər dərman əhəmiyyətlidir. Xalq təbabətində inciçiçəyinin tərkibindəki zəhərli qlükozidlər ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Aloyenin yarpaqlarından alınan ekstraktı irinli yaraların müalicəsində, göz xəstəliklərində istifadə edirlər.