Be-200

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Be-200
Tipi Amfibiya təyyarə, hidrotəyyarə
İlk uçuş 24 sentyabr 1998
İstismara verilmə tarixi 2003
İstismarçılar
Buraxılış sayı 18
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Beriev Be-200 "Altair"Rusiya istehsalı amfibiya təyyarə.

Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur.

Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir.[1]

Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır.[2]

Amfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir.

Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub.

Modifikasiyaları

[redaktə | mənbəni redaktə et]
Modelin adı Qısa məlumat
BE-200 Yanğınsöndürən amfibiya təyyarəsi, 1 nüsxə (ilk uçuş 24 sentyabr 1998-ci il).
BE-200P Uzun müddət havada qalması və müşahidəsi üçün avadanlığı olan, 2 pilot da daxil olmaqla 9 nəfərə qədər artırılmış ekipajı olan patrul təyyarəsi
BE-200PS Patrul axtarış-xilasetmə amfibiya təyyarəsi, Be-200P-nin daha da modernləşdirilmiş variantı, quruda və suda axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Xüsusi axtarış-xilasetmə avadanlığı ilə təchiz olunub. Ekipaj 2 pilot, 2 müşahidəçi, bort mexaniki və 2 xilasedicidən ibarətdir.
BE-200ÇS(Be-200ES-E) Çoxməqsədli amfibiya təyyarəsi, seriyalı şəkildə istehsal olunur (ilk uçuş 27 avqust 2002-ci il).
BE-300(Proyekt) Çoxməqsədli təyyarə. Be-200-ün quru versiyası.

Texniki göstəricilər

[redaktə | mənbəni redaktə et]

[3]

  • Ekipaj: 2 nəfər
  • Sərnişin tutumu:BE-200ÇS- 43 sərnişinə qədər, sərnişin variantı — 72 sərnişinə qədər
  • Uzunluğu: 32.05 m
  • Qanadların eni: 32.78 m
  • Hündürlük: 8.90 m
  • Qanad sahəsi: 117,44 m²
  • Kabin ölçüləri (UxWxH): 18.7 m x 2.4 m x 1.8 m
  • Boş çəki: 28000 kq
  • Faydalı yükün çəkisi: 5000 kq yük, üstəgəl çənlərdə 12 m³ su (eyni zamanda və ya ardıcıl axıdılma imkanı ilə 8 bölməli su çəni)
  • 12m³ suyun səthdən toplanma vaxtı: 14 saniyə
  • Əməliyyat yerinə yetirə biləcəyi maksimum dalğa hündürlüyü: 1.3m
  • Maksimum uçuş çəkisi:
    • Qurudan: 41000 kq
    • Sudan: 37900 kq
    • Su hövzəsində suyu dolduraraq: 43000 kq
  • Uçuş xüsusiyyətləri
    • Maksimum sürət: 7000 m hündürlükdə 700 km/saat
    • Kruiz sürəti: 550–610 km/saat
    • Uçuş sürəti: 220 km/saat
    • Eniş sürəti: 195 km/saat
    • Su doldurarkən sürət: 150–190 km/saat
    • Praktik uçuş məsafəsi: 3300 km
    • Praktik tavan: 8000 m
      • Qalxma sürəti: 12.2 m/s

2003-cü ildən BE-200 Rusiya və digər ölkələrdəki meşə yanğınları ilə mübarizədə istifadə olunur

Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS:

29 aprel 2015: Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya təxliyə olunub.[4][5]

17 dekabr 2015: "Günəşli" yatağında baş vermiş qəzanın nəticəsində itkin düşənlərin axtarışı[6]

27 dekabr 2015 – 22 aprel 2016: Günəşli yatağında baş verən qəzadan itkin düşmüş neftçilərin ayrı-ayrı vaxtlarda Xəzər dənizinin Türkmənistan sahəsində tapılan meyidlərinin Azərbaycana gətirilməsi[7][8][9][10]

27 noyabr 2016: İsraildə meşə yanğınları söndürülüb[11]

10 dekabr 2019: "Eurohome" tikinti bazarındakı yanğının söndürülməsi[12]

15 – 18 yanvar 2021: Hirkan milli parkında yanğının söndürülməsi[13]

5 – 16 avqust 2021: Türkiyə respublikasında meşə yanğınlarının söndürülməsi[14]

23 – 30 iyun 2022-ci il tarixinlərində Azərbaycan FHN-ə məxsus təyyarə Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edib..[15][16]

11 iyul 2022: Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunub.[17]

16 avqust 2022: Şabran rayonunda baş vermiş yanğının söndürülməsi[18]

28 avqust 2022: Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarədə texniki problem yaranıb. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.[19]

14 avqust 2021 tarixində Türkiyədə Rusiyaya məxsus "Be-200" təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan beş rusiyalı və yanğın ocaqlarını göstərən üç türkiyəli hərbçi həlak olub.[20]

İstifadəçilər və sifarişçilər

[redaktə | mənbəni redaktə et]

İstifadəçilər:

[redaktə | mənbəni redaktə et]
Azərbaycan FHN-ə məxsus BE-200ÇS

 Rusiya:

  • G. M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi — 2 ədəd (01 və 02 nömrəli prototiplər)
  • Fövqəladə Hallar Nazirliyi — 6 təyyarə
  • Rusiya Federasiyasının dəniz aviasiyası — 1 ədəd

 Azərbaycan:

  • Fövqəladə Hallar Nazirliyi — 1 ədəd BE-200ÇS. 2008-ci il may ayında Rusiyadan alınıb. Xaricə satılmış ilk BE-200ÇS təyyarəsidir.

Sifarişçilər:

[redaktə | mənbəni redaktə et]

Rusiya Fövqəladə Hallar Nazirliyi — 8+24 ədəd[21][22]

İndoneziya — 4 ədəd[23]

Çin — 4 ədəd[24]

ABŞ — 10 ədəd[25][26]

Çili — 2 ədəd[27]

  1. "PRESS RELEASE No.58 dt. 12th February 2003. Results of the competition for the best personal names for the Be-103 and the Be-200 amphibious aircraft"
  2. FHN amfibiya-təyyarə alıb
  3. irkut.com
  4. "İlham Əliyev Nepala humanitar yardım göndərdi". 2015-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  5. "Azərbaycan və Gürcüstan vətəndaşları Nepaldan təxliyə edildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  6. "FHN "Günəşli" yatağındakı 10 saylı özüldə baş vermiş yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  7. ""Arzu, salamat qal" yazan neftçinin cəsədi tapıldı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  8. "Neftçilərin meyiti ailələrinə təhvil verildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  9. "FHN-in təyyarəsi tapılmış meyitə görə Türkmənistana uçdu". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  10. "Türkmənistan sahillərində tapılmış meyit Azərbaycana gətirildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  11. "İsraildə meşə yanğınları söndürülüb". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  12. "Bakıda yanğının söndürülməsinə amfibiya təyyarə cəlb edildi". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  13. "Hirkan Milli Parkındakı yanğınla bağlı nazirlikdən AÇIQLAMA". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  14. "Azərbaycandan Türkiyəyə növbəti dəstək: Amfibiya təyyarəmiz yola düşüb". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  15. "Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğının söndürülməsinə başladı". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-24.
  16. "FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş amfibiya təyyarəsi ölkəmizə qayıdıb". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-30.
  17. "Xaçmazda yanğının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-11.
  18. "Arxivlənmiş surət". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-16.
  19. "Arxivlənmiş surət". 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  20. "Türkiyədə Rusiya təyyarəsi qəzaya uğradı". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-18.
  21. [1]
  22. [2]
  23. "Arxivlənmiş surət". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  24. "Arxivlənmiş surət". 2016-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  25. "Arxivlənmiş surət". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  26. "Arxivlənmiş surət". 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.
  27. "Arxivlənmiş surət". 2018-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://russianplanes.net/reginfo/1935
  2. https://russianplanes.net/planelist/Beriev/Be-200