Göyümtül yukka
Göyümtül yukka | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Göyümtül yukka |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Göyümtül yukka (lat. Yucca glauca) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Şimali Amerikanın şərq rayonlarında yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Bitki gövdəsizdir. Yarpaqların uzunluğu 70 sm-dək, göyümtül-yaşıl, ağ haşiyəli və kənarlarında seyrək, nazik buruq saplıdır. Çiçək süpürgəsi ensiz, az budaqlıdır. Çiçəkləri yaşılımtıl-ağ və ya sarımtıl rəngli, uzunluğu 7 sm-dək, sallaq, müxtəlif formalı, çox vaxt zəngvaridir. Çiçək saplağının uzunluğu 300 sm-dir. Toxum və kök pöhrələri ilə çoxaldılır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Günəşli, isti yerlərdə bitir. Yaxşı drenajlı torpaqlarda və yamaclarda əkilir.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Mərdəkan dendrarisində 1998-ci ildə introduksiya edilmişdir. Azərbaycanda bir çox rayonlarda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Park və bağlarda tək əkinlərdə müxtəlif kompozisiyaların qurulmasında, alpinarilərdə qrup əkinlərində istifadə olunur.
Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]
- Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
- ↑ Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 390–391. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8