Hadena irregularis
Hadena irregularis | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Hadena irregularis |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Hadena irregularis (lat. Hadena irregularis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin sovkalar fəsiləsinin hadena cinsinə aid heyvan növü.
Təsviri[redaktə | mənbəni redaktə et]
Qanadları açılmış halda 30–32 mm-dir. Ön qanadları açıq-sarı rəngdədir. Yumuru naxışı ağdır, ortası açıq-boz rənglidir, böyrəkşəkilli naxışın əsası tutqundur. Pazşəkilli naxış aydın görünmür. Arxa qanadları qonuru-bozdur, alt tərəfi açıq rəngdə olub, üzərində iki eninə zolaq və aypara şəklində naxış var.
Yayılması[redaktə | mənbəni redaktə et]
Avropa, Rusiyanın cənubu və cənub-şərqi, Qazaxıstanın şimalı, Kiçik Asiya və Qafqazda yayılməşdır. Azərbaycanda isə Böyük (Zaqatala) və Kiçik Qafqazda (Hacıkənd) rast gəlinir.
Həyat tərzi[redaktə | mənbəni redaktə et]
Dağətəyi və dağ meşələrinin açıqlığı. Həyat tərzi öyrənilməmişdir. Kəpənək iyun və iyul aylarında uçur. İyulun əvvəllərində tırtılı soğan və qoyunqulağı üzərində yaşayır
Sayı[redaktə | mənbəni redaktə et]
Azsaylıdır. 5 kəpənəyi işıqdan tutulmuşdur.
Qorunması üçün məsləhət görülən tədbirlər[redaktə | mənbəni redaktə et]
Yaşayış yerlərində yasaqlıq təşkil etmək.