Hirkan meşə siçanı
Hirkan meşə siçanı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür.
Təsviri və yayılması[redaktə | mənbəni redaktə et]
Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir.
Yayılması[redaktə | mənbəni redaktə et]
Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır.
Sayı və azalma səbəbi[redaktə | mənbəni redaktə et]
Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.
Qorunması üçün qəbul edilmiş tədbirlər[redaktə | mənbəni redaktə et]
Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Qorunması üçün görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]
Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir.
Mənbə[redaktə | mənbəni redaktə et]
- AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 201səh, Hirkan meşə siçanı. (2013)