Hirkan meşə siçanı

Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür.

Hirkan meşə siçanı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təsviri və yayılması

[redaktə | mənbəni redaktə et]

Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir.

Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır.

Sayı və azalma səbəbi

[redaktə | mənbəni redaktə et]

Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.

Qorunması üçün görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Növün qorunması, onun biotoplarının qorunması ilə əlaqədardır. Heyvanların məskunlaşdığı yerlərdə meşələrin qırılmasının qarşısının alınması və orada əsas genofondunun qorunub-saxlanımasına əlverişli şərait yaratmaq vacibdir.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 201səh, Hirkan meşə siçanı. (2013)