Koçı zanbaqcası
Koçı zanbaqcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Koçı zanbaqcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Koçı zanbaqcası (lat. Fritillaria kotschyana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir — EN A2c; D. Nadir növdür.
Arealı[redaktə | mənbəni redaktə et]
İranın mərkəzində və şimal hissələrində yayılmışdır.[1]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik ot bitkisidir. Soğanaq çox da iri deyil, oval, xaricdən sarımtıl, qəhvəyi rənglidir. Gövdə 20-35 sm hündürlüyündədir. Yarpaqlar yaşıl-göyümtül, yarımgövdəni qucaqlayan, uzun, ellipsvari və ya uzun, xətvari-neştərşəkillidir, 0,5-1 (1,5) sm enində, böyük hissəsi yuxarı tərəfin orta hissəsində yerləşir. Çiçəklər tək, zəngvari, iylidir. Çiçəkyanlığı 2,5-3 sm uzunluqdadır. Tərəfləri ellipsvari, küt, yaşılımtıl-qəhvəyi, tünd-qəhvəyi, şahmat rəsmindədir. Sütuncuq öz uzunu boyu 1/3 ölçüdə 3 ağızcığa bölünmüşdür. Qutucuq tərs-yumurtavari, küt səthlidir.
Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləmə may, mеyvə əmələgətirmə iyun ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Meşələrdə, otlu mezofil yamaclarda yayılmışdır. Ksеromezofitdir. Geofit bəzək bitkisidir.
Yayılması[redaktə | mənbəni redaktə et]
Diabar.
Sayı və tеndеnsiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyalarına az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Antropogen (Əhali tərəfindən yığılması) və zoogen amillər.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin tapılması vacibdir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Koçı zanbaqcası:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)