Ksonotlit
Ksonotlit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Ca₆Si₆O₁₇(OH)₂[1] |
Strunz təsnifatı | VIII/F.21[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Ksonotlit (ekleit, curupait) Ca6 [Si6O17] (OH)2
—monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.
Xassələri[redaktə | mənbəni redaktə et]
Rəng – ağ, boz, bəzən solğun-çəhrayi;
Parıltı – liflər boyu ipəyi;
Şəffaflıq – qeyri-şəffafdır, lakin dənələrinin kənarları işıq keçirir;
Sıxlıq – 2,61–2,75;
Sərtlik – 5–6,5;
Ayrılma – {100} üzrə mükəmməl, {001 } üzrə orta;
Sınıqlar – tikanlı;
Başqa xassələr – çox özlüdür;
Morfologiya – kristallar: iynəvari,
Mineral aqreqatları: sıx və naziklifli kütlələr.
Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]
Ksonotlitin əmələ gəlməsi üçün ən əlverişli mühit ultraəsasi və əsasi süxurların əhəngdaşları ilə kontakt zonasıdır. Skarnlarda, serpentinitlərdə, orta və yüksək temperaturlu hidrotermal damarlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: pektolit, prenit, kalsit. Mineralın tapıldığı yerlər: Sahil silsilələrinin kontakt zonaları, Riel adası (ABŞ); Tetela-de Ksonotola (Meksika); Bosso yarımadası (Yaponiya); Talnax (Rusiya) və b. Azərbaycanda ksonotlit Laçın və Kəlbəcər rayonlarının serpentinitlərində və Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında aşkar edilmişdir.
Tətbiqi[redaktə | mənbəni redaktə et]
Sementin mühüm komponentidir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ rruff. International Mineralogical Association, Arizona Universiteti.
- ↑ Ralph J., Nikischer T., Mineralogy H. I. o. Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
Mənbə[redaktə | mənbəni redaktə et]
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.