Qoca qartalın ölümü (roman)
Qoca qartalın ölümü | |
---|---|
| |
Müəllif | Fərman Kərimzadə |
Janr | Tarixi roman |
Orijinalın dili | Azərbaycanca |
Orijinalın nəşr ili | 1991 |
Nəşriyyat | Bakı Kitab Klubu (2018) |
Tiraj | 100 |
Qoca qartalın ölümü — Fərman Kərimzadənin sonuncu tarixi romanı.
Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur.
Məzmun
[redaktə | mənbəni redaktə et]F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir.
Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir.
Nəşr
[redaktə | mənbəni redaktə et]Roman ilk dəfə vəfatından sonra Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası 1991-ci ildə, latın qrafikası ilə isə 2007-ci ildə "Seçilmiş əsərləri"nin 5-ci cildində "Ağrıdağ" nəşriyyatı tərəfindən nəşr edilib. Sonuncu nəşr 2018-ci ildə Bakı Kitab Klubunda təkrar nəşr edilib. Bu son iki nəşrə romandan əlavə ədibin povest və hekayələri də daxil edilmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Qoca qartalın ölümü" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Goodreads-də Qoca qartalın ölümü
- "Qoca qartalın ölümü" ( (az.)). bbclub.az. 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.