Tinder fırıldaqçısı
Tinder fırıldaqçısı | |
---|---|
ing. The Tinder Swindler | |
Janr | sənədli film |
Əsas mövzu | Simon Levaev |
İstehsalçılar | Netflix |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2 fevral 2022 |
Müddət | 114 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
IMDb | ID14992922 |
Tinder fırıldaqçısı (ing. The Tinder Swindler) — 2 fevral 2022-ci ildə Netflix-də yayımlanan ingilis istehsalı sənədli film.[1] Film Tinder tətbiqi vasitəsilə qadınları aldadan israilli cinayətkar Simon Leviev haqqındadır.[2]
Məzmun
[redaktə | mənbəni redaktə et]Doğum adı Şimon Hayut olan Simon Leviev Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi.[3] Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı.[4] Bu üsulu bütün qurbanlarında istifadə etdi. Bir qadından aldığı pulu digər qadına xərcləyərək ponzi sistemi qurdu.[4][5] Qurbanlarına saxta sənədlər göndərərək, pulu geri qaytardığına inadırmağa çalışırdı.[4] Ən sonda isə qurbanlara olan əlaqəsini bitirəcəkdi.[6] Qurbanlarından təxminən 10 milyon dollar pul aldığı təxmin edilir.[mənbə göstərin]
Tənqidlər
[redaktə | mənbəni redaktə et]Bu altbaşlığı genişləndirmək lazımdır. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
- ↑ "Arxivlənmiş surət". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
- ↑ "Arxivlənmiş surət". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
- ↑ Yuxarıda get: 1 2 3 "Arxivlənmiş surət". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
- ↑ "Arxivlənmiş surət". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
- ↑ "Arxivlənmiş surət". 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.