İrland qəhvəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrland qəhvəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrlandiya qəhvəsi — İrlandiya viskisi, qara qəhvə (espresso), çırpılmış qaymaqqəhvəyi şəkər əsasında qaymaqlı kokteyllər kateqoriyasına daxil olan qəhvə içkisi. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) "Müasir Klassiklər" kateqoriyasına aid rəsmi kokteyllərindən biridir.

Alkoqol əlavə edilmiş Arabika hələ XIX əsrdə içilməyə başlamışdı. Ancaq əsl şöhrət qazanan isə İrlandiya qəhvəsi idi. Bu, xoş bir təsadüf və uğurlu reklam səbəbindən baş verdi.

20-ci əsrin əvvəllərində Atlantik okeanı üzərindən uçuşlar dəniz təyyarələri (hidrotəyyarələr) ilə həyata keçirilirdi. Bu daşıma üsulu narahat idi, sərnişinlər əsasən rahatlıq olmadan səyahət etməli oldular. Təyyarələrdə heç bir izolyasiya yox idi, bir uçuş təxminən 15 saat davam etdi, insanlar hava limanına yorğun və donmuş halda enirdilər. Reyslər yanacaq doldurmaq üçün İrlandiyada dayanırdılar. Təyyarəyə texniki baxış keçirilən zaman sərnişinər isinmək üçün ən yaxın bara gedirdilər.

Məhz belə bir şəraitdə İrlandiya qəhvəsinin resepti ortaya çıxdı. 1943-cü ildə Nyu-Yorka uçuşlardan biri Foynesdə ilişib qaldı. Təyyarə limandan havaya qalxsa da, pis hava şəraiti səbəbindən Atlantik okeanını keçə bilməyib. Sərnişinlərə dəhşətli dərəcədə soyuq idi və bara daxil olarkən barmendən isti bir şey istədikləri zaman bu içki ortaya çıxıb.

  • Qaynar qara qəhvə (espresso) — 80 ml (4 hissə)
  • İrland viskisi — 40 ml (2 hissə)
  • Qəhvəyi şəkər — 1 çay qaşığı
  • Çırpılmış qaymaq — 30 ml (1½ hissə)

Bu kokteylin bu tərkibi Beynəlxalq Barmenlər Assosiasiyası tərəfindən qeydiyyata alınıb və Beynəlxalq Barmenlər Assosiasiyasının rəsmi kokteyllər siyahısına daxil edilib.

Hazırlanma üsulları

[redaktə | mənbəni redaktə et]

İrland qəhvəsini hazırlamaq üçün müxtəlif üsullar və reseptlər var:

  1. Soyudulmuş təzə qaymağı əvvəlcədən çırpın.
  2. İstənilən adi üsulla sərt qara espressonu dəmləyin.
  3. Şüşəni qaynar su ilə qaynarlayın. İçinə şəkər qoyun, isti espresso tökün və tamamilə həll olunana qədər qarışdırın.
  4. Viski əlavə edin.
  5. Ters çevrilmiş qaşıq və ya bıçaqdan istifadə edərək ehtiyatla çırpılmış qaymağı əlavə edin.

Nəticə aydın sərhədləri olan qara və ağ təbəqələr olmalıdır.

Alovlu irland kofesi

[redaktə | mənbəni redaktə et]
  1. Çırpılmış qaymaq və təzə dəmlənmiş espressonu hazırlayın. Şüşəni qızdırın.
  2. Viskini 40–50 dərəcə temperatura çatdırın, içində şəkəri həll edin.
  3. Bir çay qaşığı şirin spirt götürün və yandırın. Sonra alov sönməsin deyə diqqətlə yenidən bokala daxil edin.
  4. Espresso əlavə edin və birdən üstünü örtün.
  5. Yarım dəqiqədən sonra qaymağı ehtiyatla əlavə edin.
  1. Təzə üyüdülmüş arabikanı qaynadın və şəkəri orada həll edin. Sərinləşdirin.
  2. Şüşəni soyudun, bir az buz əlavə edin.
  3. Soyudulmuş espresso və viskini əlavə edin. Sonda çırpılmış qaymağı ehtiyatla əlavə edin.

1. http://iba-world.com/contemporary-classics/