İrlandiya qəhvəsi — İrlandiya viskisi, qara qəhvə (espresso), çırpılmış qaymaq və qəhvəyi şəkər əsasında qaymaqlı kokteyllər kateqoriyasına daxil olan qəhvə içkisi. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) "Müasir Klassiklər" kateqoriyasına aid rəsmi kokteyllərindən biridir.
İrland qəhvəsi | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Alkoqol əlavə edilmiş Arabika hələ XIX əsrdə içilməyə başlamışdı. Ancaq əsl şöhrət qazanan isə İrlandiya qəhvəsi idi. Bu, xoş bir təsadüf və uğurlu reklam səbəbindən baş verdi.
20-ci əsrin əvvəllərində Atlantik okeanı üzərindən uçuşlar dəniz təyyarələri (hidrotəyyarələr) ilə həyata keçirilirdi. Bu daşıma üsulu narahat idi, sərnişinlər əsasən rahatlıq olmadan səyahət etməli oldular. Təyyarələrdə heç bir izolyasiya yox idi, bir uçuş təxminən 15 saat davam etdi, insanlar hava limanına yorğun və donmuş halda enirdilər. Reyslər yanacaq doldurmaq üçün İrlandiyada dayanırdılar. Təyyarəyə texniki baxış keçirilən zaman sərnişinər isinmək üçün ən yaxın bara gedirdilər.
Məhz belə bir şəraitdə İrlandiya qəhvəsinin resepti ortaya çıxdı. 1943-cü ildə Nyu-Yorka uçuşlardan biri Foynesdə ilişib qaldı. Təyyarə limandan havaya qalxsa da, pis hava şəraiti səbəbindən Atlantik okeanını keçə bilməyib. Sərnişinlərə dəhşətli dərəcədə soyuq idi və bara daxil olarkən barmendən isti bir şey istədikləri zaman bu içki ortaya çıxıb.
Bu kokteylin bu tərkibi Beynəlxalq Barmenlər Assosiasiyası tərəfindən qeydiyyata alınıb və Beynəlxalq Barmenlər Assosiasiyasının rəsmi kokteyllər siyahısına daxil edilib.
İrland qəhvəsini hazırlamaq üçün müxtəlif üsullar və reseptlər var:
Nəticə aydın sərhədləri olan qara və ağ təbəqələr olmalıdır.
1. http://iba-world.com/contemporary-classics/