Ələsgər Ələsgərli
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Ələsgər Ələsgərli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycanlı |
İxtisası | Hüquq elmləri doktoru |
Təhsili | Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq (1997) (bakalavr) Mərmərə Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2000), Ankara Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2007) |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru (2007) |
Elmi adı | Professor (2021) |
Ələsgər Ələsgərli (1968, Quba) — "XXI əsr Türkiyə İnstitutu"nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri, Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor
Həyatı[redaktə | mənbəni redaktə et]
Ələskər Ələskərli 1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub.
1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə Mərmərə Universitetində ümumi dövlət hüququ sahəsində magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Ankara Universitetində "Postsovet ölkələrində siyasi rejim dəyişmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1987-89-cu illərdə Cənubi Qafqaz (Zaqafqaziya) Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib.
Rusiya, Mərkəzi Asiya, Qafqaz, habelə türk dünyası ilə bağlı araşdırma və məqalələri Türkiyənin elmi və strateji analiz məcmuələrində dərc edilir.
2021-ci ildə professor adına layiq görülüb.
Mükafatlar[redaktə | mənbəni redaktə et]
Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası
Özəl Mükafatı verilmişdir.
Mənbə[redaktə | mənbəni redaktə et]
- EKSPERT: "PROSES NORMAL ŞƏRTLƏRDƏ DAVAM ETSƏ, AKP TƏKBAŞINA HÖKUMƏT QURA BİLƏCƏK"[ölü keçid]
- https://iibf.karabuk.edu.tr/icerikGoster.aspx?K=S&id=27&BA=kamu-yonetimi istifadə tarixi 03.08.2021
- https://iibf.karabuk.edu.tr/akademikPersonel.aspx?BA=uluslararasi-iliskiler istifadə tarixi 03.08.2021
- https://hukukbook.com/doc-dr-ali-asker/ istifadə tarixi 03.08.2021