Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Ələsgər Ələsgərli (1968, Quba) — "XXI əsr Türkiyə İnstitutu"nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri, Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor
Ələsgər Ələsgərli | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Quba, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycanlı |
İxtisası | Hüquq elmləri doktoru |
Təhsili | Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Hüquqşünaslıq (1997) (bakalavr) Mərmərə Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2000), Ankara Universiteti, Sosial Elmlər İnstitutu, Ümumi Hüquq (2007) |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru (2007) |
Elmi adı | Professor (2021) |
Ələskər Ələskərli 1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub.
1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə Mərmərə Universitetində ümumi dövlət hüququ sahəsində magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Ankara Universitetində "Postsovet ölkələrində siyasi rejim dəyişmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1987-89-cu illərdə Cənubi Qafqaz (Zaqafqaziya) Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib.
Rusiya, Mərkəzi Asiya, Qafqaz, habelə türk dünyası ilə bağlı araşdırma və məqalələri Türkiyənin elmi və strateji analiz məcmuələrində dərc edilir.
2021-ci ildə professor adına layiq görülüb.
Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası
Özəl Mükafatı verilmişdir.