Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Naviqasiyaya keç
Axtarışa keç
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə | |
---|---|
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi |
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.