İclaülmülk

İclaülmülk (1862-?) — Məşrutə inqilabı dövründə Cənubi Azərbaycanın valisi.

İclaülmülk
İclaülmülk Mirzə Məhəmmədrəfi oğlu
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat yeri Təbriz, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Atası Hacı Mirzə Məhəmmədrəfi Təbatəbai
Milliyyəti Türk

O, Rəfi ağa Nizamülüləma Təbrizinin oğlu, Mirzə Əsədulla xan Naziməddövlənin qardaşı oğludur. Əmisi Fars əyalətinin valisi olarkən onun yanında naib vəzifəsində çalışmışdı.Qardaşı Salar Ərfə İranın tanınmış simalarından idi.

Təbrizin müdafiəsi günlərində Səttar xan və əncümən tərəfindən 1 sentyabr 1908-ci ildə Cənubi Azərbaycanın valisinin müavini təyin edilmiş və vali vəzifəsini icra edən İclaülmülk öz vəzifəsində qalmaqla fəaliyyətini davam etdirirdi. Çox keçmədi ki, inqilabçıların tələbi ilə Müxbirüssəltənə yenidən Cənubi Azərbaycanın valisi təyin edildi.

Müxbirüssəltənə Cənubi Azərbaycanda, xüsusən Təbrizdə genişlənən azadlıq hərəkatını yatırmaq üçün gördüyü tədbirlərdən biri də inqilabi hərəkatda və əyalətin idarə edilməsində mühüm rol oynayan İclaülmülkü "Təbrizin və əyalətin idarə işlərindən uzaqlaşdırmaq üçün" Urmiyaya vali təyin etməsi oldu. 1910-cu ildə İclaülmülk Urmiyaya göndərildi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]