Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə

Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi.

Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai
Doğum tarixi
Doğum yeri Təbriz, Qacarlar dövləti
Vəfat tarixi

Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]