Jan Düle
Jan Düle | |
---|---|
Jean Daullé | |
Doğum tarixi | |
Doğum yeri | Abbevil, Fransa |
Vəfat tarixi | 1763-cü il |
Vəfat yeri | Paris, Fransa |
Fəaliyyəti | mis qravüraçısı |
Vikianbarda əlaqəli mediafayllar |
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu.[1] O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi.[2] O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi.[1]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi. Bu işlər onu dövrün ən yaxşı rəssamları ilə müqayisə etməyə imkan verirdi. O öz işlərində J.D. imzasını qoyurdu.[1]
Portretləri
[redaktə | mənbəni redaktə et]- Feker Qrafı Ketrin, Pyerre Miqnardın qızı; Pyerre Miqnarddan sonra.
- Riqo Hiaçint, rəssam; Riqodan sonra; 1742-ci ildə Akademiyaya qəbul olmaq üçün qravürü.
- Marqerite de Keylus; Riqodan sonra.
- Şarlz Eduard Stüart, Ceymz Françis Eduard Stüartın oğlu.
- Mariya Klementina Sobiyeska, onun yoldaşı; Daviddən sonra.
- Madam Favart, "Bastienne"-nin tərkibində; Şarl-Andre van Loodan sonra.
- Klaud Deşayes Gendron, okulist; Riqodan sonra.
- Jan-Baptiste Russo; Aveddən sonra.
- Jan Mariette, qravürçü; Pendən sonra.
Müxtəlif müəlliflərdən sonra süjetlər
[redaktə | mənbəni redaktə et]- The Magdalen; Korredjodan sonra; Drezden Qalereyası üçün.
- Fənəri ilə Diogenlər; Joze de Riberadan sonra; Drezden Qalereyası üçün.
- Quos Ego; Rubensdən sonra.
- Rubensin İki Oğlu; Rubensdən sonra; Drezden Qalereyası üçün.
- Neptunun Həyəcanı sakitləşdirməsi; Rubensdən sonra.
- Üç Uşaqla Mərhəmət; Albanidən sonra.
- Veneranın Təntənəsi; Buşedən sonra.
- Les Amusemens de la Campagne; Buşedən sonra.
- Latona; after Juvendən sonra.
- Dörd Donanma süjeti; Jozef Vernetdən sonra.
- Venera Vannasıs; Raydan sonra.
- İki süjet; Q. Metsüdən sonra.
- Yupiter və Kalisto; N. Pussen.
- Seynt Marqaret; Korredjodan sonra.
- Erotla oynayan Uşaq; Van Deykdən sonra.
Rəssamın yaradıcılığının dəqiq hesabatı Deliqnierenin Catalogue raisonné de l'oeuvre gravé de Jean Daullé d' Abbeville (1872) kataloqunda saxlanılır.
-
Memar Jan marietin portreti (Antuan Penin əsəri əsasında, 1723), 1747
-
Müxtəlif ilahələr və kentavrların XV Luinin doğulmasını qeyd etməsi (Fransua Buşenin əsəri əsasında)
-
Madmuazel Pelisyenin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
-
Məryəm körpə ilə (Karlo Marattanın əsəri əsasında), 1750-ci illər, Qədim Ustadlar Qalereyası, Drezden
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yuxarıda get: 1 2 3 Bryan, 1878
- ↑ Sordet, 2001. səh. 327
Mənbələr
- Bryan, Michael; Stanley, George. A biographical and critical dictionary of painters and engravers: with a list of ciphers, monograms, and marks. G. Bell. 1878. İstifadə tarixi: 6 sentyabr 2014.
- Sordet, Yann. L ́amour des livres au siècle des Lumières: Pierre Adamoli et ses collections. Librairie Droz. 2001. səh. 327. ISBN 978-2-900791-45-5. İstifadə tarixi: 6 sentyabr 2014.