Jan Düle

Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü.

Jan Düle
Jean Daullé
Doğum tarixi
Doğum yeri Abbevil, Fransa
Vəfat tarixi 1763-cü il
Vəfat yeri Paris, Fransa
Fəaliyyəti mis qravüraçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu.[1] O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi.[2] O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi. Bu işlər onu dövrün ən yaxşı rəssamları ilə müqayisə etməyə imkan verirdi. O öz işlərində J.D. imzasını qoyurdu.[1]

  • Feker Qrafı Ketrin, Pyerre Miqnardın qızı; Pyerre Miqnarddan sonra.
  • Riqo Hiaçint, rəssam; Riqodan sonra; 1742-ci ildə Akademiyaya qəbul olmaq üçün qravürü.
  • Marqerite de Keylus; Riqodan sonra.
  • Şarlz Eduard Stüart, Ceymz Françis Eduard Stüartın oğlu.
  • Mariya Klementina Sobiyeska, onun yoldaşı; Daviddən sonra.
  • Madam Favart, "Bastienne"-nin tərkibində; Şarl-Andre van Loodan sonra.
  • Klaud Deşayes Gendron, okulist; Riqodan sonra.
  • Jan-Baptiste Russo; Aveddən sonra.
  • Jan Mariette, qravürçü; Pendən sonra.

Müxtəlif müəlliflərdən sonra süjetlər

[redaktə | mənbəni redaktə et]

Rəssamın yaradıcılığının dəqiq hesabatı Deliqnierenin Catalogue raisonné de l'oeuvre gravé de Jean Daullé d' Abbeville (1872) kataloqunda saxlanılır.

  1. 1 2 3 Bryan, 1878
  2. Sordet, 2001. səh. 327

Mənbələr

  • Bryan, Michael; Stanley, George. A biographical and critical dictionary of painters and engravers: with a list of ciphers, monograms, and marks. G. Bell. 1878. İstifadə tarixi: 6 sentyabr 2014.
  • Sordet, Yann. L ́amour des livres au siècle des Lumières: Pierre Adamoli et ses collections. Librairie Droz. 2001. səh. 327. ISBN 978-2-900791-45-5. İstifadə tarixi: 6 sentyabr 2014.