Fransua Buşe

Fransua Buşe (fr. François Boucher; 29 sentyabr 1703[1][2][…], Paris[3][4][…]30 may 1770[1][2][…], Paris[3][4][…]) — fransız rəssam, qravürçü, dekorator. Rokoko dövrünün parlaq nümayəndələrindən biri olmuşdur.

Fransua Buşe
fr. François Boucher
Doğum tarixi 29 sentyabr 1703(1703-09-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 may 1770(1770-05-30)[1][2][…] (66 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, rəssam-qravürçü[d], qobelen sənətkarı[d], illüstrasiyaçı[d], işləmə ustası, boyakar[d]
Janrlar tarix rəssamlığı[5], dini rəssamlıq[d][5], peyzaj[5], mifologiya rəssamlığı[d][5], janr rəssamlığı[5], portret[5], batal janrı[5]
Stil rokoko[6]
Tanınmış işləri
Tələbələri Jan Onore Fraqonar
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun çoxsaylı qravürlər seriyası olub. Buşe həmçinin Molyer, Bokaçço, Ovidinin kitablarına illüstrasiyalar çəkmişdir. Sənətçi dekorativ tətbiqi sənət və dəzgah qrafikasında bir çox örnəklər ərsəyə gətirmişdir: opera, teatrlara tamaşalar üçün dekorasiya, kral qoblen manufakturaları üçün eskizlər, dekorativ işləmələrlə zəngin Sevr çiniləri, müxtəlif zərif miniatür nümunələri. Öz yaradıcılığında rəssam mifoloji və alleqorik motivlərə yer vermişdir. Parisin dəbdəbəli həyatını, kənd yarmarkalarını bir çox portret və peyzajlarda təsvir etmişdi. Buşe zaman-zaman fəxri adlarla təltif olub. Məsələn: 1765-ci ildə məhkəmə rəssamı adı almışdı. Mütəmadi olaraq Madam de Pompardur və kralın sarayında, o cümlədən Paris malikanələrində dekorasiyanın zənginləşdirilməsi yönümlü işlərə cəlb olunmuşdu. Rəssam həm də XV Lüdovikin çoxsaylı portretlərini çəkib. Bunun nəticəsində kralın sevimli rəssamlarından birinə çevrilib. Ömrünün son illərində kral rəssamlıq və heykəltəraşlıq akademiyasında direktor olmuş, "kralın birinci rəssamı" adı ilə tanınmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Rəssamın istedadı və təxəyyülünün güclü olması mifoloji süjetli əsərlərdə də özünü büruzə verir. Mifoloji təsvirlərin fonunda antik tikililər göstərilirdi. Bu rəsmlər parlaq rəng qamması, kompozisiyadaki səhnələrə verilən effeklər, sərbəst rəssam manerası ilə seçilirdi. Yaxmaların işlənməsindəki dinamika Buşe yaradıcılığını səciyyələndirən cəhətlərdən biridir. Buşe teatr tamaşaları və operalar üçün dekorasiyalar hazırlayırdı. Həmçinin, qobelenlərin düzəldildiyi Bove manufakturası üçün təsvirlər çəkirdi. Bu təsvirlər iki ayrı-ayrı hissə təşkil edirdi: "İtalyan kənd bayramları" (1736), "Nəcib çoban" (1755). Bu gün Kaliforniyanın San-Marino ştatında kolleksiyalarda saxlanmaqdadır. Buşenin Molyer və digər məşhur yazıçıların əsərlərinə çəkdiyi illütrasiyalar da diqqətəlayiqdir. "Paris qışqırıqları" adlı illüstrasiya silsiləsi də maraqlı işlərdən biridir.

Rəssamın əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Emalatxanada rəssam (avtoportret)- Luvr, Paris
  2. Diana ovdan sonra- Konyak-Je muzeyi, Paris
  3. Herkules və Omfala- A. S. Puşkin adına incəsənət muzeyi, Moskva
  4. Vulkandan Eneya üçün silah istəyən Venera- Luvr, Paris
  5. Mari Byuzonun (rəssamın arvadı) portreti
  6. Avropanın istilası- Volles Kolleksiyası, London
  7. Rinaldo və Armida- Luvr, Paris
  8. Pana trimufu- milli qalereya, London
  9. Səhər yeməyi- Luvr, Paris
  10. Veneranın doğulması- Milli muzey, Stokholm
  11. Veneranın trimufu- Milli muzey, Stokholm
  12. Leda və Qu quşu- şəxsi kolleksiya
  13. Yuyunmadan sonra dincələn Diana- Luvr, Paris
  14. Kupidonun təlimi- Şarlottenburq muzeyi, Berlin
  15. Landşaft peyzajı- A. S. Puşkin adına muzey, Moskva
  16. Yupiter və Kallisto- A. S. Puşkin adına muzey, Moskva
  17. Madam Berjerenin portreti
  18. Yay pastoralı
  19. Amuru təsəlli edən Venera- Milli incəsənət qalereyası, Vaşinqton
  20. Dəyirman- Luvr, Paris
  21. Madmazel O`Merfinin portreti- Köhnə pinakotek, Münhen
  22. Gün batımı- Volles kolleksiyası, London
  23. Günəşin doğulması- London
  24. Veneranın Vulkana gəlişi- Volles kolleksiyası, London
  25. Markiz de Pompardurun portreti- Köhnə pinakotek, Münhen
  26. Veneraya Eneyə aparması üçün silah verən Vulkan Вулкан- Luvr, Paris

Əsərlərindən reproduksiyalar

[redaktə | mənbəni redaktə et]
Səhər yeməyi (1739)
Mari Byuzenin portreti (1733)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 François Boucher (nid.).
  3. 1 2 3 4 Буше Франсуа // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 François Boucher // Encyclopædia Britannica (ing.).
  5. 1 2 3 4 5 6 7 RKDartists (nid.).
  6. https://www.metmuseum.org/toah/hd/bouc/hd_bouc.htm.