Midori (koala)
Midori | |
---|---|
Növü | Phascolarctos cinereus victor (Viktoriya koalası) |
Cinsiyyəti | dişi |
Doğum tarixi | 1 yanvar 1997 |
Doğum yeri | Avstraliya |
Tanınmış rolu | zoopark heyvanı |
Tanınır | ən yaşlı koala |
Saxlandığı yer | İngiltərə parkı, Minamiavaci, Hyoqo prefekturası, Yaponiya |
Balaları | yoxdur |
Midori (みどり?, azərb. "yaşıl") – qeydə alınmış ən yaşlı koala.[1] 2021-ci ildə Ginnesin Rekordlar Kitabına düşmüşdür.[1] Yaponiyanın Hyoqo prefekturasındakı İngiltərə parkında saxlanılır.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Midori 1 yanvar 1997-ci ildə Avstraliyada doğulmuşdur.[1] 2003-cü ildə Qərbi Avstraliya hökumətinin hədiyyəsi kimi Yançep Milli Parkından Hyoqo prefekturasına göndərilmişdir.[1] O, həmin il Minamiavaci şəhərindəki İngiltərə parkına gətirilmiş 4 koaladan biri idi.[1] İşçilər Midorinin bu qədər uzun yaşayacağını gözləmirdilər.[1] İngiltərə parkı Yaponiyada Viktoriya koalalarının saxlanıldığı yeganə yerdir.[1]
Kaolalar orta hesabla 15-16 il yaşasalar da, parkda yaradılmış şərait və qayğı nəticəsində Midori uzunömürlü olmağa bacarmışdır.[1] Yaşına baxmayaraq ağaca çıxır, özü yemək yeyir və ziyarətçilərin önünə çıxır.[1]
Midori gününü yeməklə və yatmaqla keçirir.[1] Bəzən işçilər ona yeməkdə və ifrazat prosesində köməklik göstərirlər.[1] Hər ay tibbi baxışdan keçirilir və dırnaqları tutulur.[1]
Ginnesin Rekordlar Kitabı[redaktə | mənbəni redaktə et]
Midori 2021-ci ildə 24 yaşına çatanda iki kateqoriya üzrə Ginnesin Rekordlar Kitabına düşmüşdür: dünyanın yaşayan ən yaşlı koalası və qeydə alınmış ən yaşlı koala.[1]