Broteror itburnusu
Broteror itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Broteror itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Broteror itburnusu (lat. Rosa brotherorum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Arealı
[redaktə | mənbəni redaktə et]Rusiya (Dağıstan), Şimali Osetiyada təbii halda yayılmışdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazın şərqində, Quba rayonu ərazisində rast gəlinir.
Statusu
[redaktə | mənbəni redaktə et]Azərbaycanın nadir bitkisidir.
Bitdiyi yer
[redaktə | mənbəni redaktə et]Dəniz səviyyəsindən yüksək olan yerlərdə, yəni subalp və alp qurşaqlarında daşlıqayalı yamaclarda, kolluqlarda, meşənin açıq yerlərində yayılmışdır.
Təbii ehtiyatı
[redaktə | mənbəni redaktə et]Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Təbiətdə 20-30 sm hündürlüyündə boy atan koldur. Əsasən bir gövdəsi olur. Qopartikanları kiçik olub aşağı və ya yuxarıya doğru əyiləndir. Bu qopartikanlardan əlavə xırda qopartikanları da olur. Yarpaqları 6-7 sm uzunluğunda ola bilir və xırda vəzili tüklərlə örtülüdür.Yarpaqları enli və ya ensiz ellips şəkillidir. Çiçəkləri tək-tək və ya 2-3 ədəd ola bilir. Çiçək saplağı 0,8-1 sm uzunluğunda, qopartikanlarla örtülmüşdür. Meyvələri yumru olub tüksüzdür. Meyvələri yetişən zaman tökülür. İyun və iyul aylarında çiçək açır, sentyabr oktyabr aylarında meyvəsi yetişir.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
[redaktə | mənbəni redaktə et]Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
[redaktə | mənbəni redaktə et]Məlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Xüsusi mühafizə tədbiri görülməyib.
Zəruri qoruma tədbirləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.