Broteror itburnusu (lat. Rosa brotherorum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Broteror itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Broteror itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Rusiya (Dağıstan), Şimali Osetiyada təbii halda yayılmışdır.
Böyük Qafqazın şərqində, Quba rayonu ərazisində rast gəlinir.
Azərbaycanın nadir bitkisidir.
Dəniz səviyyəsindən yüksək olan yerlərdə, yəni subalp və alp qurşaqlarında daşlıqayalı yamaclarda, kolluqlarda, meşənin açıq yerlərində yayılmışdır.
Azərbaycanda dar bir arealda yayılmışdır.
Təbiətdə 20-30 sm hündürlüyündə boy atan koldur. Əsasən bir gövdəsi olur. Qopartikanları kiçik olub aşağı və ya yuxarıya doğru əyiləndir. Bu qopartikanlardan əlavə xırda qopartikanları da olur. Yarpaqları 6-7 sm uzunluğunda ola bilir və xırda vəzili tüklərlə örtülüdür.Yarpaqları enli və ya ensiz ellips şəkillidir. Çiçəkləri tək-tək və ya 2-3 ədəd ola bilir. Çiçək saplağı 0,8-1 sm uzunluğunda, qopartikanlarla örtülmüşdür. Meyvələri yumru olub tüksüzdür. Meyvələri yetişən zaman tökülür. İyun və iyul aylarında çiçək açır, sentyabr oktyabr aylarında meyvəsi yetişir.
Təbiətdə generativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi mühafizə tədbiri görülməyib.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.