Karl Yakob Burkhardt

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Karl Yakob Burkhardt

Karl Yakob Burkhardt (10.9.1891, Bazel – 3.3.1974, Vinsel) — İsveçrə tarixçisi, siyasətçi və diplomat.[1]

1918-ci ildən diplomat kimi fəaliyyətə başlamışdır: 1918–21-ci illərdə Avstriyadakı İsveçrə missiyasının attaşesi, sonralar Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Türkiyədə nümayəndəsi olmuşdur. Sürix (1929-cu ildən) və Cenevrə (1932-ci ildən) universitetlərinin tarix üzrə professoru 1937–39-cu illərdə Millətlər Cəmiyyətinin Dansiqdə (Qdansk) ali komissarı idi.[1]

İkinci dünya müharibəsi illərində BQXK-də hərbi əsirlərin və tərk-silah olunmuşların məsələlərini araşdırmış, 1944–48-ci illərdə BQXK-nin prezidenti olmuşdur. Rişelyö və onun dövrünə həsr edilmiş (“Richelieu”, 1935) fundamental əsərin müəllifidir. Burkhardtın memuarları (“Meine Danziger Mission 1937–39”, 1960) İkinci dünya müharibəsindən əvvəlki dövrün tədqiqi üçün maraq kəsb edir.[1]

  • Der Berner Schultheiss Charles Neuhaus (1925)
  • Richelieu (4 vols., 1935–67)
  • Gestalten und Mächte (1941)
  • Reden und Aufzeichnungen (1952)
  • Meine Danziger Mission, 1937–1939 (1960)
  • GW (6 vols., 1971)
  • Memorabilien (1977)
  • Briefe: 1908–1974 (1986)
  1. 1 2 3 Burkhardt// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 88.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]