Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Qdansk (pol.Gdańsk[ˈgdaɲsk], kaşubGduńsk, lat.Gedanum, Dantiscum, 1308-ci ildən 1466-cı ilə və 1793-cü ildən 1945-ci ilə qədər Dansiqalm.Danzig) adlanmışdır — Şimali Polşada təxminən 500 000 əhalisi olan şəhər. Qonşu Sopot və Qdınya ilə birgə ümumi əhalisi bir milyona yaxın Truymyasto (Üçlü şəhər) aqlomerasiyasına daxildir.
Qdansk – Baltik dənizində iri liman, sənaye mərkəzidir (xüsusilə neft-kimya və maşınqayırma (gəmiqayırma və gəmi təmiri sənayesi inkişaf edib) sənayesi).
Şəhərin sənaye rayonlarında gəmiqayırma, neft-kimya, kimya və qida sənayesi sahələri üstünlük təşkil edir. Elektronika, telekommunikasiya, maşınqayırma, kosmetika və əczaçılıq kimi yüksək texnoloji sektorların payı da durmadan yüksəlir. Kəhrəba emalı da yerli iqtisadiyyatın vacib hissəsidir. Belə ki, dünyada kəhrəba yataqlarının böyük bir hissəsi məhz Baltik dənizi sahillərində yerləşir. Pomor voyevodalığı, eləcə də Qdansk yay aylarında iri turizm mərkəzinə çevrilir, milyonlarla polyak və Avropa İttifaqının digər ölkələrinin vətəndaşları Baltik dənizi sahilindəki çimərliklərdə dincəlirlər.
Qdanskın iri şirkətləri:
Grupa Lotos — energetika
Energa Trading — energetika
GE Money Bank — maliyyə işi
Gdańska Stocznia Remontowa — gəmiqayırma
Elnord — energetika
Elektrociepłownie Wybrzeże — energetika
LPP — xırda ticarət
Polnord Energobudowa — tikinti şirkəti
Petrobaltic — energetika
Delphi — avtomobil hissələri
Intel — IT
IBM — IT
Fineos — IT
Wirtualna Polska — internet-xidmət
Arla Foods — qida sənayesi
Acxiom — IT
Kainos — IT
Dr. Oetker — qida sənayesi
Lufthansa Systems — IT
Compuware — IT
ZenSar Technologies — IT
SII — IT
Suruga Seiki — IT
Thomson Reuters — KİV
ThyssenKrupp Johann A. Krause — polad, texnika, mühüm mallar
Maersk Line — services & pick-up
First Data — maliyyə işi
Masterlease — maliyyə işi
Transcom WorldWide — autsorsinq biznes-emallar
Jysk — xırda ticarət
Meritum Bank — maliyyə işi
Glencore — xammal
Orlen Morena — energetika
Fosfory Ciech — kimya şirkəti
Crist — gəmiqayırma
Dr Cordesmeyer — un istehsalı
Hydrobudowa — tikinti şirkəti
Mercor — yanğından müdafiə sistemləri
Cognor — polad, texnika, mühüm mallar
Llentabhallen — polad konstruksiyalar
Atlanta Poland — qoz-fındıq və quru meyvələr idxalçısı
Ziaja — kosmetika və gözəllik salonları şirkəti
Stabilator — tikinti şirkəti
Skanska — tikinti şirkəti
Young Digital Planet — IT
Flügger — boya istehsalı
Satel — təhlükəsizlik sitemləri, IT
HD Heavy Duty — xırda ticarət
Dresser Wayne — xırda yanacaqdoldurma şəbəkəsi
Maersk Line — services & pick-up
First Data — maliyyə işi
Masterlease — maliyyə işi
Transcom WorldWide — autsorsinq biznes-emallar
Weyerhaeuser Cellulose Fibers — sellüloz liflərinin istehsalı (nəzərdə tutulub)
Sony Pictures Entertainment — mühasibat uçotu (nəzərdə tutulub)
Lex Valensa adına Qdansk hava limanı – Qdanskda yerləşən beynəlxalq hava limanı;
Qdansk limanı — Qdansk körfəzinin cənub sahilində, şəhərin hüdudları daxilində yerləşən liman;
Gdańsk Główny (PKP vağzal) — PKP Intercity и SKM xidmətləri göstərən əsas sərnişindaşıma dəmiryolu stansiyası;
Szybka Kolej Miejska — Truymyastoda şəhərlərarası nəqliyyat xidməti;
Avtobuslar və tramvaylar parkı ЗТМ Gdańsk (Zarząd Transportu Miejskiego w Gdańsku) ixtiyarındadır.
Obwodnica Trójmiejska — Qdınya, Sopot və Qdansk şəhərlərinin ətrafında dolanan xətt.
Qatar əsas Polşa şəhərlərilə, eləcə də qonşu vilayətlərlə əlaqəni təmin edir. A1 avtostradası Qdansk şəhərini və limanını ölkənin cənub sərhədləri ilə birləşdirir.
Qdansk cənuba doğru Polşa, Çexiya, Avstriya və Sloveniyadan keçib Xorvatiyanın Pula şəhərində yekunlaşan AvroVelo marşrutunun başlanğıc məntəqəsidir.
Qdanskda, eləcə də Truymyasto vilayətində çoxlu sayda məşhur peşəkar idman komandaları var. Həvəskar idmanla minlərlə qdansklı məşğul olur, idman fənni bütün təhsil ocaqlarında (ibtidai və orta məktəblərdə, universitetlərdə) tədris edilir. Şəhərin peşəkar futbol klubu Lexiyadır. 1945-ci ildə təsis edilən bu klub Polşa futbol çempionatının yüksək divizionunda oynayır. Klub ev oyunlarını keçirdiyi Lechii stadionunu 2012-ci ildə Ukraynayla yanaşı Polşada da keçiriləcək futbol üzrə Avropa çempionatı üçün tikilən PGE Arena stadionuna dəyişəcək.
Müasir Qdansk Pomor voyevodalığı adlanan əyalətin mərkəzidir. Şəhər həm də Polşanın iqtisadi və adminstrativ həyatının əsas mərkəzlərindən biridir. Hakimiyyətin bir çox vacib dövlət və yerli orqanlarının – əyalət adminstrasiyasının, əyalət hökumətinin, Dövlət Xəzinəsi Agentliyinin, İstehlakçıları və Rəqabətin Müdafiəsi Agentliyinin, Regional Sosial Sığorta Şirkətinin, Apelyasiya məhkəməsinin, Adminstrativ Ali məhkəmənin şəhərdə şöbələri, baş ofisləri var.
Qdansk voyevodası 1999-cu ildə genişləndirilmiş və keçmiş Slupski voyevodasının böyük bir hissəsi, Elblonq voyevodasının qərb hissəsi, Bıdqoş voyevodasının Xoynitse qəzası onun tərkibinə qatılmışdır.